https://sputnik.az/20211119/azerbaycanin-qara-bazarinda-en-cox-pati-satilir----dovlet-gomruk-komitesinin-sedri-436499047.html
Azərbaycanın qara bazarında ən çox "patı" satılır - Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycanın qara bazarında ən çox "patı" satılır - Dövlət Gömrük Komitəsinin sədri
Sputnik Azərbaycan
Səfər Mehdiyev deyib ki, ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T18:54+0400
2021-11-19T18:54+0400
2021-11-19T19:03+0400
tv
azərbaycan xəbərləri
narkotik
dövlət gömrük komitəsi
narkotik maddə
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələr
səfər mehdiyev
https://cdnn1.img.sputnik.az/img/42317/49/423174936_0:129:2011:1260_1920x0_80_0_0_f84ddbbd7f3d9247882d8d10ccbc35a6.jpg
BAKI, 19 noyabr — Sputnik. 2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 %-dən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərtac- müsahibəsində deyib."Ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir. Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev bildirilib.Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülən qətiyyətli tədbirlər nəticəsində hər il külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və onların prekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınır."Ölkə ərazisinə idxal olunan mallar, onların idxalatçıları və ixracatçıları, hərəkət marşrutu haqqında öncədən gömrük orqanlarına təqdim olunan məlumatların emal edilərək riskli halların əvvəlcədən müəyyənləşdirilməsi, həmçinin riskli halların və şəxslərin, marşrutların, yüklərin müəyyən edilməsi sahəsində Hədəf Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlığın möhkəmləndirilməsi təmin edilir", - S.Mehdiyev qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42317/49/423174936_80:0:1932:1389_1920x0_80_0_0_54c3f8af090e4b291b4531c58ab0151a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tv, narkotik, dövlət gömrük komitəsi, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr, səfər mehdiyev
tv, narkotik, dövlət gömrük komitəsi, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr, səfər mehdiyev
Azərbaycanın qara bazarında ən çox "patı" satılır - Dövlət Gömrük Komitəsinin sədri
18:54 19.11.2021 (Yenilənib: 19:03 19.11.2021) Səfər Mehdiyev deyib ki, ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir.
BAKI, 19 noyabr — Sputnik. 2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 %-dən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərtac- müsahibəsində deyib.
"Ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir. Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev bildirilib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülən qətiyyətli tədbirlər nəticəsində hər il külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və onların prekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınır.
"Ölkə ərazisinə idxal olunan mallar, onların idxalatçıları və ixracatçıları, hərəkət marşrutu haqqında öncədən gömrük orqanlarına təqdim olunan məlumatların emal edilərək riskli halların əvvəlcədən müəyyənləşdirilməsi, həmçinin riskli halların və şəxslərin, marşrutların, yüklərin müəyyən edilməsi sahəsində Hədəf Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlığın möhkəmləndirilməsi təmin edilir", - S.Mehdiyev qeyd edib.