Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputat: Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi onlara tələbi artıracaq

© AP Photo / Rick BowmerHibrid avtomobili, arxiv şəkli
Hibrid avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır.
BAKI, 22 noyabr — Sputnik. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti üç ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə tələbin artmasına gətirib çıxaracaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, dəyişikliklərə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək: "Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.
Gözlənilir ki, bu dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olsun. Belə ki, ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına gətirib çıxaracaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə tələbin artmasına gətirib çıxaracaq".
"Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər", - deyə o əlavə edib.
Eləcə də oxuyun:
* İki təkər üstündə səyahət, yaxud gömrük rüsumları niyə belə yüksəkdir?!
* Köhnə avtomobillərin qiymətinin qalxacağı gözlənilir
* Ajiotaj gözlənilməsə də maraq artacaq - nəqliyyat eksperti utilizasiya və hibridlər haqda
Xəbər lenti
0