https://sputnik.az/20211105/ekspert-kohne-avtomobillerin-qiymetinin-qalxacagi-gozlenilir-434885607.html
Köhnə avtomobillərin qiymətinin qalxacağı gözlənilir
Köhnə avtomobillərin qiymətinin qalxacağı gözlənilir
Sputnik Azərbaycan
İstehsal tarixi 7 ildən çox olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq ediləcək. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T09:00+0400
2021-11-05T09:00+0400
2021-11-05T09:56+0400
avtomobil
cəmiyyət
qiymət
vergi məcəlləsi
artım
köhnə
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_0:74:1601:974_1920x0_80_0_0_70fd3b727932f2f86396c0a207317d0c.jpg
BAKI, 5 noyabr — Sputnik. Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz dərəcəsi benzin avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.Məsələni şərh edən vergi üzrə mütəxəssis Anar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda əsas məsələlərdən biri avtomobil parkının yenilənməsidir:Mütəxəssis bildirib ki, əgər vətəndaş 2010-cu il istehsallı benzinlə işləyən mühərrik həcmi 2500 kubsantimetr olan minik avtomobili idxal edirsə, bunun aksiz vergisi 3 min 100 manat edir və bunu da 1,2 əmsala vuranda 3 min 720 manat edəcək.A.Bayramov bildirib ki, bu addım köhnə avtomobillərin qiymətinə təsir edəcək:Ekspert onu da əlavə edib ki, təklif edilən digər dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olunacaq.Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 2022-ci ildə Azərbaycan iqtisadiyyatının qarşısında duran yeni hədəflər barədə danışan komitə sədri Tahir Mirkişili müzakirə ediləcək vergi dəyişikliklərinin də əsasən kölgə iqtisadiyyatının səviyyəsinin daha da azaldılması, qeyri-leqal münasibətlərin aradan qaldırılması, vergi güzəştlərinin müxtəlif hədəfli istiqamətlər üzrə tətbiq olunması kimi dövrün çağırışlarına uyğun hazırlandığını bildirib.Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini geniş şəkildə təqdim edib.Təqdimat zamanı Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri şərtləndirən səbəblər, onların istiqamətləri, xarakteri, maliyyə tutumu, nəzərdə tutulan sosial xarakterli güzəştlər və digər bir çox aspektlər barədə deputatlara ətraflı məlumat verilib.Qeyd olunub ki, bu dəyişikliklər kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hazırlanıb və əhalinin vergi yükünü azaltmaqla bərabər, büdcəyə daxilolmaların 65 milyon manat civarında artmasını hədəfləyib. Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_116:0:1415:974_1920x0_80_0_0_15170c3d4a47f6fb72e5f6ad3989364a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, qiymət, vergi məcəlləsi, artım, köhnə
avtomobil, qiymət, vergi məcəlləsi, artım, köhnə
Köhnə avtomobillərin qiymətinin qalxacağı gözlənilir
09:00 05.11.2021 (Yenilənib: 09:56 05.11.2021) İstehsal tarixi 7 ildən çox olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq ediləcək.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz dərəcəsi benzin avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Məsələni şərh edən vergi üzrə mütəxəssis
Anar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda əsas məsələlərdən biri avtomobil parkının yenilənməsidir:
"Təklif olunan dəyişiklik sanki məhdudlaşdırıcı amil kimi irəli sürülüb. Vergi Məcəlləsinin 190.4-cü maddəsində Azərbaycana idxal olunan minik avtomobillərinə aksiz dərəcələrinin tətbiqi göstərilib. Məsələn, minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 30 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat aksiz dərəcəsi tətbiq edilir. Bunlar olduğu kimi qalacaq. Sadəcə ölkəyə gətirilən minik avtomobilinin istehsal tarixi 7 ildən çox olduqda aksiz dərəcəsi benzin avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 əmsal tətbiq ediləcək. Məhdudlaşdırma dizellə işləyən avtomobilə daha çox tətbiq edilib".
Mütəxəssis bildirib ki, əgər vətəndaş 2010-cu il istehsallı benzinlə işləyən mühərrik həcmi 2500 kubsantimetr olan minik avtomobili idxal edirsə, bunun aksiz vergisi 3 min 100 manat edir və bunu da 1,2 əmsala vuranda 3 min 720 manat edəcək.
"Yəni bu avtomobilin idxalına görə cəmi 3 min 720 manat aksiz vergisi tutulacaq. Əgər bu avtomobil dizellə işləyirsə, o zaman (3100 x 1,5 əmsala) 4 min 650 manat aksiz vergisi hesablanacaq. Əgər mühərrikin həcmi 3500 kubsantimetrdirsə, avtomobil benzinlə işləyirsə, 14 min 520 manat aksiz vergisi (12 min 100 manat x 1,2 əmsala) olacaq. Əgər dizellə işləyirsə, 18 min 150 manat aksiz vergisi (12 min 100 manat x 1,5 əmsala) tutulacaq", - deyə o qeyd edib.
A.Bayramov bildirib ki, bu addım köhnə avtomobillərin qiymətinə təsir edəcək:
"Əksəriyyət istehsal tarixi 7 ildən çox olan avtomobillər alır, daha çox 2010-2015-ci il istehsalı olan avtomobillərə yönəlib. Xaricdə istehsal tarixi 2015-ci ildən yuxarı olan avtomobillərin qiyməti çox bahadır və sıravi vətəndaşlar həmin avtomobilləri gətirmək imkanına malik deyillər. Daxili bazarda köhnə avtomobillərin qiymətinin qalxacağı gözlənilir".
Ekspert onu da əlavə edib ki, təklif edilən digər dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 2022-ci ildə Azərbaycan iqtisadiyyatının qarşısında duran yeni hədəflər barədə danışan komitə sədri Tahir Mirkişili müzakirə ediləcək vergi dəyişikliklərinin də əsasən kölgə iqtisadiyyatının səviyyəsinin daha da azaldılması, qeyri-leqal münasibətlərin aradan qaldırılması, vergi güzəştlərinin müxtəlif hədəfli istiqamətlər üzrə tətbiq olunması kimi dövrün çağırışlarına uyğun hazırlandığını bildirib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini geniş şəkildə təqdim edib.
Təqdimat zamanı Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri şərtləndirən səbəblər, onların istiqamətləri, xarakteri, maliyyə tutumu, nəzərdə tutulan sosial xarakterli güzəştlər və digər bir çox aspektlər barədə deputatlara ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu dəyişikliklər kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hazırlanıb və əhalinin vergi yükünü azaltmaqla bərabər, büdcəyə daxilolmaların 65 milyon manat civarında artmasını hədəfləyib. Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.