https://sputnik.az/20211121/miqrant-bohrani-serqi-avropa-bohranina-cevrildi-polsa-belarusla-serheddini-baglaya-biler-436527706.html
Miqrant böhranı Şərqi Avropa böhranına çevrildi: Polşa Belarusla sərhəddini bağlaya bilər
Miqrant böhranı Şərqi Avropa böhranına çevrildi: Polşa Belarusla sərhəddini bağlaya bilər
Sputnik Azərbaycan
Baş nazir Mateuş Moravetski deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər. 21.11.2021, Sputnik Azərbaycan
2021-11-21T13:41+0400
2021-11-21T13:41+0400
2021-11-21T15:12+0400
dünya xəbərləri
avropa
rusiya
miqrant
nato
polşa
belarus
belarus prezidenti aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219345_0:69:3072:1797_1920x0_80_0_0_656db517c76726567a2d6f8644842a93.jpg
BAKI, 21 noyabr - Sputnik. Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetski bildirib.Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində ölkəsi ilə Polşa arasında yaranmış böhranın Rusiya və NATO arasında nüvə müharibəsinə qədər gedə biləcəyini deyib. “Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib.Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.Həmçinin oxuyun:Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalı barədə“Ürəksiz və ağılsız”: Lukaşenko dünyaya Polşanın qaranlıq tərəfini göstərdiBalaca miqrantlar: qaçqın uşaqlar Belarus-Polşa sərhədində necə sağ qalmağa çalışırlarMiqrant hücumlarının əsl səbəbi bəlli oldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219345_172:0:2903:2048_1920x0_80_0_0_2b04b14fc3e0a2f30e7ad4780fb6a3a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, rusiya, miqrant, nato, polşa, belarus, belarus prezidenti aleksandr lukaşenko
avropa, rusiya, miqrant, nato, polşa, belarus, belarus prezidenti aleksandr lukaşenko
Miqrant böhranı Şərqi Avropa böhranına çevrildi: Polşa Belarusla sərhəddini bağlaya bilər
13:41 21.11.2021 (Yenilənib: 15:12 21.11.2021) Baş nazir Mateuş Moravetski deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.
BAKI, 21 noyabr - Sputnik. Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetski bildirib.
Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.
Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində ölkəsi ilə Polşa arasında yaranmış böhranın Rusiya və NATO arasında nüvə müharibəsinə qədər gedə biləcəyini deyib.
“Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib.
Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.