Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Miqrant hücumlarının əsl səbəbi bəlli oldu

© REUTERS / Kacper PempelPolçada miqrant
Polçada miqrant - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Problem ondadır ki, indi çağırılmamış qonaqlar Belarus sərhədini keçərək Litva və Polşa ərazisindən daha zəngin ölkələrə can atdıqları zaman Avropada bunu anlayışla qarşılamırlar. Deməli, vaxtilə bu cur geniş prinsipləri qəbul etmək lazım deyildi.
Maksim Sokolov, RİA Novosti
2015-ci ildə və üstündən altı il keçəndən sonra, xalqların Asiya və Afrikaya köçünün yeni dalğasının başladığı bu il Avropa İttifaqı (Aİ) siyasətçilərinin məsələyə münasibəti ikimənalı təsir bağışlayır.
Bir tərəfdən, dövlətin vətəndaşlar qarşısında öhdəliklərinə bir sıra məsələlərlə yanaşı, həm də sərhədlərin mühafizəsi daxildir. Düzdür, söhbət sərhədlərin miqrantların üzünə bərk-bərk bağlanmasından getmir, ancaq hər bir halda, onları öz ölkəsinə buraxıb-buraxmamaq barədə qərar hakimiyyətin öhdəliyində olan məsələdir. Əgər hakimiyyət miqrant axını qarşısında aciz qalarsa, belə dövlətin işləmə qabiliyyəti şübhə altına düşər. Odur ki müəyyən vəziyyətlərdə ölkə sərhədlərini güc bahasına da olsa qorumaq məcburiyyətindədir.
Digər tərəfdən, Aİ insan haqlarının müdafiəsini öz siyasətinin təməl prinsipi elan edib ki, bu da Avropanı digər ölkələrdən fərqləndirən əsas cəhətdir. Başqa sözlə, Avropa zülmə məruz qalanlar və yoxsullar üçün sığınacaq elan olunub. Belə ürəyigenişlik çox gözəl cəhətdir, amma prinsip olaraq qalmamalıdır. Avropa dövlətləri miqrantları öz ölkələrinə buraxmalı, bununla da kifayətlənməyərək onların yaşamını təmin etməlidir. 2015-ci ildə Angela Merkelin də dediyi kimi: "Biz bunun öhdəsindən gələrik!"
Problem ondadır ki, indi çağırılmamış qonaqlar Belarus sərhədini keçərək Litva və Polşa ərazisindən daha zəngin ölkələrə can atdıqları zaman Avropada bunu anlayışla qarşılamırlar. Yaxşı bəs necə olsun? Deməli, vaxtilə bu cur geniş prinsipləri qəbul etmək lazım deyildi.
Əlbəttə, hər şeydə Lukaşenkonu ittiham etmək olar, üstəlik, onun hazırkı çətinliklərlə müəyyən əlaqəsi də var, ancaq bəla burasındadır ki, Belarus prezidenti ,ümumiyyətlə, mövcud olmasaydı belə, su axar, çuxurunu tapar şəklindəki təbiətin qanunundan qaçmaq mümkün olmayacaqdı.
Böyük vədlər isə çoxdan verilib, özü də iki dünya müharibəsi arasında Avropa üçün kifayət qədər utancverici tarixi dövrə reaksiya kimi.
Yazıçı-tarixçi bunu belə ifadə edir: "Müharibə vaxtı və ondan sonrakı iki onillik ərzində bir sıra ölkələrdə dövlət çevrilişləri baş verdi. Onlar xeyli sayda insanı öz ölkəsindən didərgin düşməyə məcbur etdilər. Beləliklə, çoxmillətli emiqrasiya prosesi başladı. Bu qaşqabaqlı insanlar hər yerdə çağırılmamış qonaqlar kimi qəbul edilirdilər. Torpaq və iş millətlər arasında bölündü. Artıq elə bir ölkə yox idi ki, orada iş qabiliyyətli gəlmə insanlara ehtiyac olsun. Əksinə, hər yerdə çörək və iş istəyən yadellilərə çəp-çəp baxırdılar. Onlara nəinki işləməyə qoyur, nəfəs almalarına güclə imkan verirdilər. Hətta elə hallar da olurdu ki, sənədləri qaydasında olmayanları polislər gecə ilə sərhəddən o tərəfə, qonşu ölkənin ərazisinə atırdılar. Növbəti gecə isə həmin qonşu ölkənin jandarmaları da geri göndərirdilər", – sonuncu cümlə sanki, bu günün xəbər lentindən götürülüb.
Ancaq emiqrant dilənçiliyi hələ dərdin yarısı idi. Söhbət qürbətdə bir parça çörək tapmaqdan deyil, ölüm-dirim məsələsindən gedəndə belə demokratik ölkələr yenə də qaçqınların taleyinə eyni biganə münasibəti nümayiş etdirirdi.
1939-cu il mayın 13-də Hamburqdan yola düşən göyərtəsində "taleyin ümidinə buraxılmış insanları daşıyan" "Sent-Luis" layneri haqqında hekayə az qala dərsliklərə düşəcək əhvalata çevrildi. Gəmi Kuba vizasına sahib 900 Almaniya yəhudisini aparırdı və Havanaya çatanda məlum oldu ki, onların vizası ləğv olunub. Sərnişinlər ABŞ-dan da, Kanadadan da kömək istəsələr də, hər iki ölkə artıq immiqrasiya kvotasının dolması səbəbindən onlara heç cür kömək edə bilməyəcəklərini bəyan etdilər.
Beləliklə, mayın 27-də Havanaya çatan "Sent Luis" gəmisi iyunun 6-da geri qayıtmaq məcburiyyətində qaldı. Yalnız ən son məqamda "Coynt" yəhudi təşkilatı "Sent Luis"-in Avropa sahillərinə yan almasına icazə əldə etməyə nail oldu. Böyük Britaniya gəmidəkilərdən 287, Fransa 214, Belçika və Hollandiya isə 181 nəfəri qəbul etməyə razılıq verdi.
Digər hallarda belə icazə verilmədiyindən, qaçqınlar taleyin ümidinə buraxılırdı. İsveçrə dövlət instansiyalarının məşhur bir kəlamı da var idi: "Das Boot ist voll" – "Qayıq dolub", yəni ki, ölkə rezindən deyil. Və belə davrananlar yalnız isveçrəlilər deyildilər...
Hələ 1938-ci ilin yayında Fransanın Evian kurort şəhərində demokratik dövlətlər Üçüncü reyxin yəhudi qaçqınlarının sonrakı taleyini müəyyənləşdirmək məqsədilə konfrans keçirdilər. Bütün dövlətlər bu məsələdə yekdil idi: "Onların halına acıyırıq, amma..."
Nə qədər paradoksal da olsa, heç də demokratik olmayan ölkələr – İspaniya, Portuqaliya və İran yəhudilərə daha həssas münasibət sərgilədilər.
Nəhəng dövlətlər yalnız yəhudilərə deyil, digər ölkələrdən olan qaçqınlara da laqeyd münasibət bəsləyirdi.
Sonra gözlənilənlər oldu. Günahsızlar cəzalandırıldı, dəxli olmayan insanlar isə mükafatlandırıldı. Əsrin faciəli rübünün (1919-1945) yekununda qazananlar üçüncü dünya ölkələrinin iqtisadi miqrantları oldu. Müavinətlər, güzəştlər və s.
Müharibələrarası dövrün qaçqınlarına qarşı qeyri-insani rəftarın təzminatı olaraq öz vətənlərində heç bir təhdidlə üzləşməyənlərə son dərəcə həssas və humanist münasibət bəslənməyə başlandı. Ancaq qürbətdə həyat daha firavan idi və onlara qismən bu həyatın içinə daxil olmağa icazə verilirdi.
Həmişə belə olur, əzab çəkənlər bir kənarda qalır, bundan başqaları fayda götürür – deyəsən, bütün dünya bunun üzərində qurulub. Elə avropalıların insan haqları humanizmi də. Həqiqətən bəşəridir, çox bəşəridir.
Həmçinin oxuyun:
Putinin sərhəddə gecələyən uşaqlara yazığı gəldi
Hədəf Qərbi Avropadır: miqrantlar Aİ-ni çətin seçim qarşısında qoyublar
Xəbər lenti
0