https://sputnik.az/20211121/436527531.html
Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalı barədə
Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalı barədə
Sputnik Azərbaycan
Prezident Aleksandr Lukaşenko deyib ki, əgər Belarusda müharibə başlasa, bura NATO və Rusiya da qoşulacaq. 21.11.2021, Sputnik Azərbaycan
2021-11-21T13:10+0400
2021-11-21T13:10+0400
2021-11-21T15:13+0400
dünya xəbərləri
rusiya
nato
polşa
belarus
belarus prezidenti aleksandr lukaşenko
nüvə müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427071697_0:0:3165:1781_1920x0_80_0_0_6ae7820f66cac8ad6e1be3db118b2c8e.jpg
BAKI, 21 noyabr - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində Rusiya və NATO-nun nüvə müharibəsinə cəlb edilməsi ehtimalından danışıb.“Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib. O, həmçinin qeyd edib ki, hələ heç İkinci Dünya Müharibəsinə görə Belarus xalqının haqqı ödənilməyib. Lukaşenko həmçinin müsahibəsində bildirib ki, Polşa təhlükəsizlik qüvvələri Bruzgi keçid məntəqəsi yaxınlığında miqrantlarla toqquşma zamanı Belarusun dövlət sərhədini pozub. "Silahı qonşunun ərazisinə tərəf çevirmək belə kökündən səhvdir", - deyən Lukaşenko ölkəsinin hərbçilərinin Yaxın Şərqdən olan miqrantlara Polşa sərhəddii keçmək üçün yardım göstərdiyini etiraf edib.Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.Həmçinin oxuyun:“Ürəksiz və ağılsız”: Lukaşenko dünyaya Polşanın qaranlıq tərəfini göstərdiBalaca miqrantlar: qaçqın uşaqlar Belarus-Polşa sərhədində necə sağ qalmağa çalışırlarMiqrant hücumlarının əsl səbəbi bəlli oldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1c/427071697_185:0:2916:2048_1920x0_80_0_0_6f288a90e02c017126589dcd719ae821.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, nato, polşa, belarus, belarus prezidenti aleksandr lukaşenko, nüvə müharibəsi
rusiya, nato, polşa, belarus, belarus prezidenti aleksandr lukaşenko, nüvə müharibəsi
Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalı barədə
13:10 21.11.2021 (Yenilənib: 15:13 21.11.2021) Prezident Aleksandr Lukaşenko deyib ki, əgər Belarusda müharibə başlasa, bura NATO və Rusiya da qoşulacaq.
BAKI, 21 noyabr - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində Rusiya və NATO-nun nüvə müharibəsinə cəlb edilməsi ehtimalından danışıb.
“Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib.
O, həmçinin qeyd edib ki, hələ heç İkinci Dünya Müharibəsinə görə Belarus xalqının haqqı ödənilməyib.
"Müharibənin başlanmasından heç 100 il keçməyib və siz artıq bu evə yenidən soxulub yeni müharibəyə başlamağa çalışırsınız", - Lukaşenka vurğulayıb.
Lukaşenko həmçinin müsahibəsində bildirib ki, Polşa təhlükəsizlik qüvvələri Bruzgi keçid məntəqəsi yaxınlığında miqrantlarla toqquşma zamanı Belarusun dövlət sərhədini pozub.
"Silahı qonşunun ərazisinə tərəf çevirmək belə kökündən səhvdir", - deyən Lukaşenko ölkəsinin hərbçilərinin Yaxın Şərqdən olan miqrantlara Polşa sərhəddii keçmək üçün yardım göstərdiyini etiraf edib.
Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.