Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Paşinyan: "Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul edirik"

© AFP 2024Nikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Bu ilin mayından bəri Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb.
BAKI, 18 noyabr — Sputnik. Biz Azərbaycanla dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi ilə razıyıq. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Ötən gün mənim bəyanatlarımdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq işləri ilə bağlı təkliflərlə çıxış etdi. Mən bildirmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur", - deyə Paşinyan qeyd edib.
Paşinyan müdafiə naziri Suren Papikyana bu təklifləri reallaşdırmağa cəhd etmək üçün rusiyalı həmkarı ilə təklifin detallarını dəqiqləşdirməyi tapşırıb.
Qeyd edək ki, ötən gün Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, bu ilin mayından bəri Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb: "Onların hamısı bizim üçün məqbul idi və məqbul olaraq da qalır".

Azərbaycan-Ermənistan təmas xəttində gərginlik

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Eləcə də oxuyun:
* Ermənistan ordusu Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub
* Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
* Azərbaycan və Ermənistan sərhədində hərbi toqquşma dayandırılıb - Rusiya MN
Xəbər lenti
0