https://sputnik.az/20211118/mekteblerde-muemma---bezi-sagirdler-tetile-buraxilib-digerleri-derse-gedirler-436438842.html
Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər
Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər
Sputnik Azərbaycan
Özəl liseylər V-IX və X-XI sinif şagirdlərini də payız tətilinə buraxıb. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T13:05+0400
2021-11-18T13:05+0400
2021-11-18T13:05+0400
məktəb
təhsil
tətil
bakı
özəl
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 18 noyabr — Sputnik. Bakıda əksər özəl liseylərdə yuxarı siniflərdə təhsil alan şagirdlər də payız tətilinə çıxıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi bu tədris ili ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixlərinin dərs günləri hesab olunduğunu açıqlasa da, özəl liseylər bu siniflər üzrə şagirdləri payız tətilinə buraxıb."Zirvə" liseyindən Sputnik Azərbaycan-a bildiriblər ki, 17 noyabrdan məktəbdə bütün şagirdlər payız tətilinə çıxıblar. Təhsil müəssisəsində dərslər noyabrın 22-də başlayacaq. "Zirvə" liseyindən bildiriblər ki, Təhsil Nazirliyinin tətillə bağlı qərarı onlara şamil olunmur. Çünki liseydə dərslərə sentyabrın 15-dən başlanılıb."Xəzər" Dünya Məktəbindən də Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlər hazırda payız tətilindədirlər. Çünki dərslərə onlayn şəkildə sentyabrın əvvəlindən başlanıldığından dərs proqramında gecikmə yaranmayıb. Odur ki tətilə çıxan şagirdlər dərslərə noyabrın 22-dən başlayacaqlar.Təhsil Nazirliyindən bildirilib ki, özəl təhsil müəssisələri tədris ilinə sentyabrın 15-dən onlayn şəkildə start verib. Dövlət təhsil müəssisələrində isə tədris ili oktyabrın 22-dən başlanılıb.Qeyd edək ki, hazırda dövlət ümumtəhsil müəssisələrində (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunduğundan bu siniflərdə oxuyan şagirdlər məktəbə gedirlər.Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir. Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.Məlumat üçün bildirək ki, indiyədək ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunub. Pandemiya səbəbindən bu tədris ili I-IV siniflər üzrə dərslər sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan start verilib.Onu da əlavə edək ki, təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi öz açıqlamasında dərslərin 1-2 həftə gec başlamasının nəzərə alınacağını və tətillər hesabına kompensasiya ediləcəyini bildirmişdi.Eləcə də oxuyun:* Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab* Məktəb buzxanadır? Operativ qrupu arayın* Paytaxtda koronavirusa görə bağlanan məktəb açılıb
https://sputnik.az/20211102/mektebler-baglanacaq-resmi-aciqlama-434812584.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, tətil, bakı, özəl
məktəb, tətil, bakı, özəl
Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər
Özəl liseylər V-IX və X-XI sinif şagirdlərini də payız tətilinə buraxıb.
BAKI, 18 noyabr — Sputnik. Bakıda əksər özəl liseylərdə yuxarı siniflərdə təhsil alan şagirdlər də payız tətilinə çıxıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi bu tədris ili ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixlərinin dərs günləri hesab olunduğunu açıqlasa da, özəl liseylər bu siniflər üzrə şagirdləri payız tətilinə buraxıb.
"Zirvə" liseyindən Sputnik Azərbaycan-a bildiriblər ki, 17 noyabrdan məktəbdə bütün şagirdlər payız tətilinə çıxıblar. Təhsil müəssisəsində dərslər noyabrın 22-də başlayacaq. "Zirvə" liseyindən bildiriblər ki, Təhsil Nazirliyinin tətillə bağlı qərarı onlara şamil olunmur. Çünki liseydə dərslərə sentyabrın 15-dən başlanılıb.
"Xəzər" Dünya Məktəbindən də Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlər hazırda payız tətilindədirlər. Çünki dərslərə onlayn şəkildə sentyabrın əvvəlindən başlanıldığından dərs proqramında gecikmə yaranmayıb. Odur ki tətilə çıxan şagirdlər dərslərə noyabrın 22-dən başlayacaqlar.
Təhsil Nazirliyindən bildirilib ki, özəl təhsil müəssisələri tədris ilinə sentyabrın 15-dən onlayn şəkildə start verib. Dövlət təhsil müəssisələrində isə tədris ili oktyabrın 22-dən başlanılıb.
Qeyd edək ki, hazırda dövlət ümumtəhsil müəssisələrində (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunduğundan bu siniflərdə oxuyan şagirdlər məktəbə gedirlər.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir. Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Məlumat üçün bildirək ki, indiyədək ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunub. Pandemiya səbəbindən bu tədris ili I-IV siniflər üzrə dərslər sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan start verilib.
Onu da əlavə edək ki, təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi öz açıqlamasında dərslərin 1-2 həftə gec başlamasının nəzərə alınacağını və tətillər hesabına kompensasiya ediləcəyini bildirmişdi.
* Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab