https://sputnik.az/20211102/mektebler-baglanacaq-resmi-aciqlama-434812584.html
Məktəblər bağlanacaq? Rəsmi açıqlama
Məktəblər bağlanacaq? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T16:09+0400
2021-11-02T16:09+0400
2021-11-02T16:09+0400
təhsil
tətil
cəsarət valehov
elm və təhsil nazirliyi
məktəb
bağlanma
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690946_0:265:2048:1417_1920x0_80_0_0_83a0483dfcac80ffc8f8b08ae3e17736.jpg
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkələrdə məktəblərin gələn həftədən etibarən iki həftə müddətinə bağlanacağına dair məlumat yayılıb.Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov yayılan xəbərə aydınlıq gətirib: "Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Hazırda məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur".C.Valehov deyib ki, yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır. Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır: "Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var".Xatırladaq ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev də ötən həftə Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddiasına cavab verib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib.Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.Eləcə də oxuyun:* Bakıdakı 47 nömrəli məktəbdə əyani tədris dayandırılıb* Paytaxtda məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb* Bakıda məktəbə "bomba qoyan" adamı tutdular* Kəndə düşmüş şəhərli müəllimin etirafları: "Son iki il onları məktəbə qoymurlar"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690946_0:73:2048:1609_1920x0_80_0_0_1ca694ce8a8e180188341778f1971d38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tətil, cəsarət valehov, elm və təhsil nazirliyi, məktəb, bağlanma, koronavirus
tətil, cəsarət valehov, elm və təhsil nazirliyi, məktəb, bağlanma, koronavirus
Məktəblər bağlanacaq? Rəsmi açıqlama
Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır.
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkələrdə məktəblərin gələn həftədən etibarən iki həftə müddətinə bağlanacağına dair məlumat yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat katibi
Cəsarət Valehov yayılan xəbərə aydınlıq gətirib: "Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Hazırda məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur".
C.Valehov deyib ki, yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır.
"Bizim yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir və biz onu daha öncə yayacağıq".
Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır: "Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var".
Xatırladaq ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev də ötən həftə Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddiasına cavab verib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.
* Paytaxtda
məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb