https://sputnik.az/20211116/en-azi-uc-gun-problem-olur-donanlara-azeristiliktechizatdan-cavab-435261943.html
Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab
Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab
Sputnik Azərbaycan
"Gün ərzində bizə heç bir məktəbdən istiliklə bağlı şikayət olmayıb. Amma bununla belə, sınaq şöbələrinə göstəriş verilib ki, bu məsələ araşdırılsın və aradan... 16.11.2021, Sputnik Azərbaycan
2021-11-16T20:37+0400
2021-11-16T20:37+0400
2021-11-16T20:37+0400
istilik
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42171/15/421711593_0:158:3079:1890_1920x0_80_0_0_84b4c0f6859b2fc7edddb8d4dc7a9f49.jpg
BAKI, 16 noyabr — Sputnik. Noyabrın 15-dən respublika üzrə istiliyin verilməsinə başlanılsa da, hələ də bir sıra obyektlərə, mənzillərə istiliyin verilməsi təmin olunmayıb. Bakıda məktəblərin çoxunda hələ də istilik yoxdur. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, Xətai rayonu 59 saylı məktəbə istilik verilməyib. 247 saylı məktəb də istiliksiz qalıb. Nərimanov rayonunda 82 saylı məktəbə də hələ istilik verilmir. Bununla yanaşı, Yasamal rayonu Xiyabani 211 ünvanında, 6-cı mikrorayon Svetlana Məmmədova küçəsindəki mənzillər də istiliksiz qalıb.“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə 281 məktəb qurumun qazanxalarına qoşulub. R.Əliyev bildirib ki, məktəblərə istilik verən bütün qazanxanalar işə düşüb: "Gün ərzində bizə heç bir məktəbdən istiliklə bağlı şikayət olmayıb. Amma bununla belə, sınaq şöbələrinə göstəriş verilib ki, bu məsələ araşdırılsın və aradan qaldırılsın".O ki qaldı bəzi mənzillərin istilik ala bilməməsinə, qurum səlahiyyətlisi deyib ki, qazanxanalar işə düşdükcə mənzillərdə tənzimlənmə aparılmalıdır: R.Əliyevin sözlərinə görə, bu gün qurumun çağrı mərkəzinə 400-ə yaxın zəng daxil olub: "Bu, təbii prosesdir. İstilik mövsümünə yeni başlanılanda ən azı üç gün bu problemlər olur. Tənzimləmələr aparılarkən bu problem aradan qalxır".Rafiq Əliyev bildirib ki, cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir.Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.Bu gün ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq. Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi "Whatsapp" xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür. Ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.Məlumat üçün bildirək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib.
https://sputnik.az/20211115/stilik-movsumu-baslasa-da-bezi-mekteblerde-sinif-otaqlari-buz-kimidir-435187619.html
https://sputnik.az/20211111/ki-qurum-arasinda-milyonluq-borc-davasi-cezasini-soyuqda-qalan-vetendas-cekir-435084240.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42171/15/421711593_175:0:2904:2047_1920x0_80_0_0_919bce829ca5b7316ba9a6fc43656d9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
istilik
Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab
"Gün ərzində bizə heç bir məktəbdən istiliklə bağlı şikayət olmayıb. Amma bununla belə, sınaq şöbələrinə göstəriş verilib ki, bu məsələ araşdırılsın və aradan qaldırılsın".
BAKI, 16 noyabr — Sputnik. Noyabrın 15-dən respublika üzrə istiliyin verilməsinə başlanılsa da, hələ də bir sıra obyektlərə, mənzillərə istiliyin verilməsi təmin olunmayıb. Bakıda məktəblərin çoxunda hələ də istilik yoxdur. Valideynlər
Sputnik Azərbaycan-a bildiriblər ki, Xətai rayonu 59 saylı məktəbə istilik verilməyib. 247 saylı məktəb də istiliksiz qalıb. Nərimanov rayonunda 82 saylı məktəbə də hələ istilik verilmir. Bununla yanaşı, Yasamal rayonu Xiyabani 211 ünvanında, 6-cı mikrorayon Svetlana Məmmədova küçəsindəki mənzillər də istiliksiz qalıb.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə 281 məktəb qurumun qazanxalarına qoşulub. R.Əliyev bildirib ki, məktəblərə istilik verən bütün qazanxanalar işə düşüb: "Gün ərzində bizə heç bir məktəbdən istiliklə bağlı şikayət olmayıb. Amma bununla belə, sınaq şöbələrinə göstəriş verilib ki, bu məsələ araşdırılsın və aradan qaldırılsın".
O ki qaldı bəzi mənzillərin istilik ala bilməməsinə, qurum səlahiyyətlisi deyib ki, qazanxanalar işə düşdükcə mənzillərdə tənzimlənmə aparılmalıdır:
"Temperatur qalxdıqca hər blokda axırıncı mərtəbədə tənzimlənmə aparmalıdır. Bunu əslində vətəndaş etməlidir. Amma vətəndaşlar da bizi gözləyirlər ki, bunu biz edək".
R.Əliyevin sözlərinə görə, bu gün qurumun çağrı mərkəzinə 400-ə yaxın zəng daxil olub: "Bu, təbii prosesdir. İstilik mövsümünə yeni başlanılanda ən azı üç gün bu problemlər olur. Tənzimləmələr aparılarkən bu problem aradan qalxır".
Rafiq Əliyev bildirib ki, cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Bu gün ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq. Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi "Whatsapp" xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür. Ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.
Məlumat üçün bildirək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib.