https://sputnik.az/20211104/hikmet-haciyev-resmi-baki-33-formati-uzre-diplomatik-temaslari-davam-etdirir-434882965.html
Hikmət Hacıyev: "Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"
Hikmət Hacıyev: "Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"
Sputnik Azərbaycan
Prezidentin köməkçisi deyib ki, Azərbaycan bu format əsasında müzakirələri davam etdirməyə və regional əməkdaşlıq mexanizmi, platforması yaratmağa hazırdır. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T16:44+0400
2021-11-04T16:44+0400
2021-11-04T16:57+0400
siyasət
prezident ilham əliyev
covid-19
viii qlobal bakı forumu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107396_0:154:2713:1680_1920x0_80_0_0_d9b6af84d46205dac2febd31350acde2.jpg
BAKI, 4 noyabr — Sputnik. Rəsmi Bakı 3+3 regional əməkdaşlıq mexanizminin yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib."Bu format regionun bundan sonrakı əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Hazırda bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumilikdə Azərbaycan bu prosesi dəstəkləyir. Biz bu format əsasında müzakirələrimizi davam etdirməyə və regional əməkdaşlıq mexanizmi, platforması yaratmağa hazırıq", - deyə Hikmət Hacıyev qeyd edib.VIII Qlobal Bakı ForumuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.Həmçinin oxuyun:Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham ƏliyevYaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107396_134:0:2579:1834_1920x0_80_0_0_935d544bc588043d4da1eb7905cfa760.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, covid-19, viii qlobal bakı forumu
prezident ilham əliyev, covid-19, viii qlobal bakı forumu
Hikmət Hacıyev: "Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"
16:44 04.11.2021 (Yenilənib: 16:57 04.11.2021) Prezidentin köməkçisi deyib ki, Azərbaycan bu format əsasında müzakirələri davam etdirməyə və regional əməkdaşlıq mexanizmi, platforması yaratmağa hazırdır.
BAKI, 4 noyabr — Sputnik. Rəsmi Bakı 3+3 regional əməkdaşlıq mexanizminin yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.
"Bu format regionun bundan sonrakı əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Hazırda bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumilikdə Azərbaycan bu prosesi dəstəkləyir. Biz bu format əsasında müzakirələrimizi davam etdirməyə və regional əməkdaşlıq mexanizmi, platforması yaratmağa hazırıq", - deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.