Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin sərhəddə gecələyən uşaqlara yazığı gəldi

© Photo : Sputnik/Vladimir Smirnov/Pool via REUTERSVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq sərhəd təhlükəsizliyini gücləndirib, hərbçilərini sərhədə yığıb, qanunsuz miqrantların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.
BAKI, 13 noyabr - Sputnik. Miqrantlar Belarusa vizasız giriş səbəbindən Minsk vasitəsilə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışırlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.
“Miqrantlar başqa kanallarla gedirdilər. İndi onların Belarus vasitəsilə getməsində təəccüblü heç nə yoxdur. Aleksandr Lukaşenkonun mənə izah etdiyinə görə, həmin ölkələrdən Belarusa giriş vizasızdır”, - Rusiya Prezidenti vurğulayıb.
Vladimir Putin Belarus-Polşa sərhədində soyuqda qalan uşaqlara yazığı gəldiyini də deyib:

“Bu, humanitar xarakterli məsələlərdir. Axı uşaqlar hələ balacadırlar. Düzü, belə baxanda ilk növbədə uşaqlara yazığım gəlir. Gecələr orada mənfi temperatur olur”.

Qeyd edək ki, son həftələr bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus-Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq sərhəd təhlükəsizliyini gücləndirib, hərbçilərini sərhədə yığıb, qanunsuz miqrantların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.
Həmçinin oxuyun:
Putin: Bizi dincəlməyə qoymurlar, biz də dincəlməyəcəyik
Putin: “Bayraktar”dan istifadə Minsk razılaşmasını pozur
Xəbər lenti
0