https://sputnik.az/20211112/hedef-qerbi-avropadir-miqrantlar-a-ni-cetin-secim-qarsisinda-qoyublar-435137176.html
Hədəf Qərbi Avropadır: miqrantlar Aİ-ni çətin seçim qarşısında qoyublar
Hədəf Qərbi Avropadır: miqrantlar Aİ-ni çətin seçim qarşısında qoyublar
Sputnik Azərbaycan
Hadisələr may ayından, Minsk Bağdad və İstanbuldan uçuşları kəskin şəkildə artırdığı vaxtdan başlayıb. Təyyarədəkilər isə yalnız Türkiyə vətəndaşları deyil... 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T20:10+0400
2021-11-12T20:10+0400
2021-11-12T20:10+0400
avropa
təhlil
miqrant axını
polşa
belarus
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435137148_0:0:3073:1728_1920x0_80_0_0_5466864afea6f733dd930b7f779f5f98.jpg
BAKI, 12 noyabr — Sputnik, Dmitri Yermakov. Polşa sərhədinə Yaxın Şərqdən on min miqrant toplaşıb. Onlar bir az da uzağa, sosial müavinət və kvotaların olduğu Qərbi Avropaya can atırlar. Amma oradakılar miqrantlara qucaq açmaq fikrində deyil, əksinə, miqrasiya qanunvericiliyini bir az da sərtləşdirirlər. Köçkünləri xoşbəxt gələcəyin yerinə deportasiya və ya Afrikadakı müvəqqəti düşərgələr gözləyir.Kvota olmayacaqHər gün Belarus sərhədinə daha çox qaçqın toplaşır. Onlar Avropaya gedə bilmək üçün vasitəçilərə bir neçə min dollar ödəyiblər. Amma planları alt-üst olub: Polşa qoşun çıxararaq sərhədlərini tikanlı məftillərlə bağlayb. Hərbçilər gözyaşardıcı qazdan istifadə ediblər, sərhədi keçmək istəyən bir neçə nəfəri isə döyüblər. Adamlar meşədə gecələyir, ocaq yandırıb isinməyə çalışırlar.Hadisələr may ayından, Minsk Bağdad və İstanbuldan uçuşları kəskin şəkildə artırdığı vaxtdan başlayıb. Aİ-də buna qarşı çıxsalar da, Belarus qulaqardına vurdu. Təyyarədəkilər isə yalnız Türkiyə vətəndaşları deyil, İraqdan, Suriyadan, Əfqanıstandan olan qaçqınlar idi.Polşa sərhədlərini açsa belə, bu ölkədə qalanların sayı çox olmayacaq. Katolik Varşava müsəlman qonaqların gəlişindən bir o qədər də məmnun deyil. Xüsusən də, 2015-ci ildən bu yana, hakimiyyətə mühafizəkar "Hüquq və Ədalət" partiyası gələndən sonra. Partiyanın lideri Yaroslav Kaçinski dəfələrlə bəyan edib: ölkədə miqrantların yerləşdirilməsi üçün heç bir kvota olmayacaq.Əslində, Polşa gəlmələr üçün də maraqlı deyil. Miqrantlar mətbuata müsahibələrində "Almaniya və ya Fransaya getmək istəyirik, orada vəziyyət daha yaxşıdır. Üstəlik, bu ölkələrdə Yaxın Şərq və Afrika diasporu çoxdan formalaşıb", – deyirlər.Bölünmüş AvropaHələ bir neçə il bundan əvvəl Avropa immiqrasiya məsələsində yekdil idi. Amma tədricən fikirlər haçalandı.2013-cü ildə qəbul olunan Dublin reqlamenti indiyə kimi qüvvədədir və orada bəyan olunur: Gəlmələr məhz Avropa İttifaqının sərhədini ilk dəfə adladıqları ölkədən sığınacaq istəməlidirlər. Digər ölkələr onları qəbul etməyə borclu deyil. Amma bu vəziyyət Məğribdən əsas miqrant axınının üz tutduğu Aralıq dənizi sahillərindəki Avropa ölkələrini qane etmir. Liman şəhərlərində gettoların sayı artır. Bu vəziyyətdən təngə gələn İtaliya, Malta, Yunanıstan və Kipr Dublin razılaşmasının ləğvini tələb edir. 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu ölkələri dəstəklədi. Ancaq Aİ Şurası hələlik razılıq vermir.Əslində, Dublin reqlamenti qanun deyil, tövsiyə xarakterli sənəddir. Hər bir dövlət de-fakto öz maraqlarına uyğun şəkildə hərəkət edir. Ona görə də Brüssel miqrasiya probleminin daha şəffaf və effektli yolunu axtarır.Əsas ideya – gəlmələri kvotaya uyğun şəkildə ölkələr arasında paylamaqdır. Alternativ variant – Asiya və Afrika ölkələrinə qaçqın axınının qarşısını almaq üçün maliyyə yardımı göstərməkdir. Ancaq bu məsələdə də vahid fikrə gəlinməyib. Ölkələr daxili qanunvericiliyi kəskin şəkildə dəyişmək istəmirlər. Belə ki, Fransa bu il respublika prinsiplərinin möhkəmlənməsi barədə qanun qəbul edib. İndi ölkədə yaşayan bütün uşaqların məktəbdə təhsil alması məcburidir. İçində çoxlu sayda müsəlman məktəblərinin də olduğu özəl təhsil müəssisələri dövlət nəzarətinə götürülüb. Bundan başqa, iqtidar dini icmaların xaricdən maliyyələşdirilməsini də izləməyə başlayıb: belə maliyyə yardımı alanlar on min avrodan çox pul transferlərinin hesabatını verməlidirlər.Danimarka bir az da irəli gedərək bir rayonda yaşayan miqrantların əhalinin 30 faizindən çox olmamasını nəzərdə tutan məhdudiyyət tətbiq edib. Danimarka Krallığında firavan həyat arzusunda olan qaçqınların müvəqqəti məskunlaşdıqları düşərgələr isə Avropanın sərhədlərindən çox-çox uzaqlara, Mərkəzi Afrikaya köçürüldü."Autsorsinq" ideyası yeni deyil və öz töhfəsini verə bilər. Bu sahədə Avstraliyanın uğurlu təcrübəsi məşhurdur. 2014-cü ildə bu ölkəyə İndoneziyadan xeyli sayda qaçqın gəlmişdi. Onların sayı ölkə hakimiyyətinin hesab etdiyi kimi kritik həddə çatanda qaçqınları Sakit okean adasına yönləndirdilər. Bundan sonra xoşbəxtliyini "yaşıl qitə"də tapmaq arzusunda olanların sayı azaldı.Almaniya hələlik Aİ-də miqrantlara qarşı ən qonaqpərvər ölkə hesab oluna bilər. 2015-ci ildə Angela Merkel parlament qərarı və Dublin reqlamentinə rəğmən ölkənin sərhədlərini bütün suriyalıların üzünə açdı. Özü də onların hansı ölkədən Almaniyaya üz tutduqlarına heç bir fərq qoymadan. "The Guardian"ın məlumatına görə, həmin vaxtdan qaçqınların yarısı işlə təmin olunub və vergi ödəməyə başlayıblar.Bununla belə, Polşa-Belarus sərhədindəki vəziyyət Berlini də narahat edir. Almaniyanın xarici işlər naziri Horst Zeehofer bildirib ki, Polşa ilə sərhəddə yüzlərlə alman polisi var və qurum ora daha çox polis işçisi göndərməyə hazırdır. Millətçilər də həmin istiqamətə üz tutmağa hazırlaşırdılar: əlli nəfər şəxs miqrantların yolunu kəsmək fikrində idi. Ancaq həmin ultrasağ qruplaşmasının üzvləri saxlanıldı.Polşa dəhliziAvropalıların Polşa-Belarus böhranı ilə bağlı fikri də müxtəlifdir. Bəziləri humanizm dəyərlərinə sadiq qalmağa çağıraraq sosial mediada yazırlar ki, hələ 10-15 il bundan əvvəl polyaklar özləri qastarbayter kimi Qərb ölkələrinə üz tuturdular. II Dünya müharibəsi vaxtı Yaxın Şərqə qaçmış çoxsaylı polyak miqrantlarını da yada salırlar.Digərləri əcnəbilərdən qorxduqlarını dilə gətirirlər – onlar öz qanunları ilə yaşayır, dil bilmir, çox vaxt yerli əhaliyə qaynayıb-qarışmağa cəhd göstərmirlər. Miqrasiya proqramları isə vergi ödəyicilərinin cibindən maliyyələşir.Polşanın siyasətini ən fəal şəkildə britaniyalılar dəstəkləyirlər: hərçənd, Birləşmiş Krallıq artıq Aİ-dən çıxsa da, kürdlərin çoxu məhz bu ölkəyə, öz diasporlarının yanına can atır. Durham şəhərinin sakini Rey Stivenson "Facebook"da ingilislərin çoxunun ürəyindən keçənləri dilə gətirib: "Miqrantlar Polşaya qeyri-leqal yolla daxil olmaq istəyirlər. Hakimiyyətin onların qarşısını almağa hüququ çatır. Yaxşı olar ki, Böyük Britaniya da öz vətəndaşlarına əziyyət verməkdənsə, məhz bu cür hərəkət etsin. Miqrantlara yardım edən xeyriyyə təşkilatları onların hər birinə görə pul ödəməli olacaqlar".Polyaklar da eyni əhvaldadırlar: "Ölkəmiz sadəcə olaraq sərhədlərimizi qorumağa çalışır. Onlar keçə bilməzlər", - deyə "Facebook"da Aqneta adlı Polşa vətəndaşı yazır.Bununla belə, miqrantların Polşa iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür. Düzdür, söhbət heç də sərhədə toplaşanlar arasında çoxluq təşkil edən kürdlərdən getmir. RT-nin Qdansk Politexnik Universitetinin araşdırmalarına istinadən verdiyi məlumata görə, 2020-ci ildə Polşa əcnəbilərə 400 min iş icazəsi sənədi verib ki, onların da 295 mini ukraynalıların payına düşür. Bu ölkəyə Belarus, Moldova və Orta Asiyadan üz tutanların sayı da çoxdur. Nəzəri olaraq bu mənzərəyə iraqlıları da əlavə etmək mümkündür. Bununla belə, politoloqlar vurğulayırlar: ukraynalılardan və belaruslardan fərqli olaraq Yaxın Şərqdən gələn qonaqlar nadir hallarda Avropa cəmiyyətinə inteqrasiya olunurlar."Qırx milyonluq polyaklarla müqayisədə on min qaçqın – iqtisadi və demoqrafik planda kifayət qədər kiçik rəqəmdir. Amma əgər onları sərhəddən içəri buraxsalar, mənfi presedent yaranacaq: ardı-arası kəsilməyən qaçqın axını üçün qapılar açılacaq", – deyə Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq kafedrasının Baş elmi əməkdaşı Vadim Volubyev mülahizə yürüdür. Bununla belə vurğulayır: "Bu, tamamilə fərziyyəyə əsaslanan ssenaridir, Varşavanın fikrini dəyişmək üçün səbəbi yoxdur".Soyuqdan donanlar da, aclıq çəkənlər də olacaq"SONAR-2050" analitik bürosunun rəhbəri İvan Lizan sərhədyanı münaqişə ilə bağlı bir çox politoloqların fikrini bölüşür: bütün bunların arxasında istisnasız olaraq Minsk və Varşava arasında gedən mübarizə dayanır."Polyaklar haqlı olduqlarına əmindirlər, bu onlar üçün prinsip məsələsidir. Ancaq təəssüf ki, belə oyun qarşıdurmada yalnız stavkanı qaldırmağa xidmət edir. Arada isə günahsız insanlar əziyyət çəkirlər", – deyə o vurğulayır.Lizan belə hesab edir ki, miqrantlar Belarusdan Baltikyanı ölkələrə üz tutmayacaqlar: yayda cəhd göstərmişdilər, amma bunun perspektivsiz olduğunu anladılar. Ukrayna variantı qalır, amma Kiyev heç kimi öz ərazisinə buraxan deyil. Bu ölkənin daxili işlər naziri Denis Monastırski artıq xəbərdarlıq edib: Ukrayna hüquq-mühafizə orqanlarının reaksiyası dəqiq və sərt olacaq.Nəticədə qaçqınlar öz ölkələrinin səfirliklərinin vasitəçiliyi ilə geri qayıtmalı olacaqlar. Hərçənd, bu, dərhal baş verməyəcək."Onlar orada qaldıqları müddətdə soyuqdan donanlar, ac qalanlar olacaq. Belarusun güc qurumlarının əməkdaşları ilə toqquşmalar da istisna edilmir", – deyə Lizan əlavə edir."Minsk və Varşava arasındakı bu münaqişə Moskvaya qətiyyən sərf etmir. Əgər belaruslar, Lukaşenkonun xəbərdarlıq etdiyi kimi, Polşadan qaz və yüklərin tranzitinə əl qoysalar, bu çətin ki, Rusiyanın xoşuna gəlsin. Ümid edirəm ki, bu yalnız sözdə qalacaq, Belarus isə Avropanın autsayderi olmaq fikrində deyil", – deyə ekspert mülahizə yürüdür.Bu arada, miqrasiya böhranı artıq Rusiya və Aİ arasında avtomobil yükdaşımalarına öz təsirini göstərib. Üçgünlük yubanma barədə məlumat verilib ki, bu da bir həftəyə qədər uzana bilər. Avropadan Mərkəzi Federal Dairəsinə malların 80-90 faizi Belarusdan keçməklə, eləcə də Qazaxıstan və Mərkəzi Asiyada tranzit yolu ilə daxil olur. Cəmi bir yük maşınının birgünlük yubanması isə şirkətlərə 500 avroya başa gəlir.
https://sputnik.az/20210910/Rusiya-fqanistandan-miqrant-axnndan-narahatdr-427890962.html
https://sputnik.az/20211111/kreml-aeroflota-sanskiya-tetbiq-olunacagi-ile-bagli-xeberleri-tekzib-etdi-435092743.html
https://sputnik.az/20211022/rusiyaya-geden-azerbaycanlilarin-nezerine-qanunvericilikde-deyisiklikler-olacaq-434501139.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435137148_0:0:2731:2048_1920x0_80_0_0_7b8436ef87f96770637e59b2590dd562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, miqrant axını, polşa, belarus
avropa, miqrant axını, polşa, belarus
Hədəf Qərbi Avropadır: miqrantlar Aİ-ni çətin seçim qarşısında qoyublar
Hadisələr may ayından, Minsk Bağdad və İstanbuldan uçuşları kəskin şəkildə artırdığı vaxtdan başlayıb. Təyyarədəkilər isə yalnız Türkiyə vətəndaşları deyil, İraqdan, Suriyadan, Əfqanıstandan olan qaçqınlar idi.
BAKI, 12 noyabr — Sputnik, Dmitri Yermakov. Polşa sərhədinə Yaxın Şərqdən on min miqrant toplaşıb. Onlar bir az da uzağa, sosial müavinət və kvotaların olduğu Qərbi Avropaya can atırlar. Amma oradakılar miqrantlara qucaq açmaq fikrində deyil, əksinə, miqrasiya qanunvericiliyini bir az da sərtləşdirirlər. Köçkünləri xoşbəxt gələcəyin yerinə deportasiya və ya Afrikadakı müvəqqəti düşərgələr gözləyir.
Hər gün Belarus sərhədinə daha çox qaçqın toplaşır. Onlar Avropaya gedə bilmək üçün vasitəçilərə bir neçə min dollar ödəyiblər. Amma planları alt-üst olub: Polşa qoşun çıxararaq sərhədlərini tikanlı məftillərlə bağlayb. Hərbçilər gözyaşardıcı qazdan istifadə ediblər, sərhədi keçmək istəyən bir neçə nəfəri isə döyüblər. Adamlar meşədə gecələyir, ocaq yandırıb isinməyə çalışırlar.
Hadisələr may ayından, Minsk Bağdad və İstanbuldan uçuşları kəskin şəkildə artırdığı vaxtdan başlayıb. Aİ-də buna qarşı çıxsalar da, Belarus qulaqardına vurdu. Təyyarədəkilər isə yalnız Türkiyə vətəndaşları deyil, İraqdan, Suriyadan, Əfqanıstandan olan qaçqınlar idi.
Polşa sərhədlərini açsa belə, bu ölkədə qalanların sayı çox olmayacaq. Katolik Varşava müsəlman qonaqların gəlişindən bir o qədər də məmnun deyil. Xüsusən də, 2015-ci ildən bu yana, hakimiyyətə mühafizəkar "Hüquq və Ədalət" partiyası gələndən sonra. Partiyanın lideri Yaroslav Kaçinski dəfələrlə bəyan edib: ölkədə miqrantların yerləşdirilməsi üçün heç bir kvota olmayacaq.
Əslində, Polşa gəlmələr üçün də maraqlı deyil. Miqrantlar mətbuata müsahibələrində "Almaniya və ya Fransaya getmək istəyirik, orada vəziyyət daha yaxşıdır. Üstəlik, bu ölkələrdə Yaxın Şərq və Afrika diasporu çoxdan formalaşıb", – deyirlər.
Hələ bir neçə il bundan əvvəl Avropa immiqrasiya məsələsində yekdil idi. Amma tədricən fikirlər haçalandı.
2013-cü ildə qəbul olunan Dublin reqlamenti indiyə kimi qüvvədədir və orada bəyan olunur: Gəlmələr məhz Avropa İttifaqının sərhədini ilk dəfə adladıqları ölkədən sığınacaq istəməlidirlər. Digər ölkələr onları qəbul etməyə borclu deyil. Amma bu vəziyyət Məğribdən əsas miqrant axınının üz tutduğu Aralıq dənizi sahillərindəki Avropa ölkələrini qane etmir. Liman şəhərlərində gettoların sayı artır. Bu vəziyyətdən təngə gələn İtaliya, Malta, Yunanıstan və Kipr Dublin razılaşmasının ləğvini tələb edir. 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu ölkələri dəstəklədi. Ancaq Aİ Şurası hələlik razılıq vermir.
Əslində, Dublin reqlamenti qanun deyil, tövsiyə xarakterli sənəddir. Hər bir dövlət de-fakto öz maraqlarına uyğun şəkildə hərəkət edir. Ona görə də Brüssel miqrasiya probleminin daha şəffaf və effektli yolunu axtarır.
Əsas ideya – gəlmələri kvotaya uyğun şəkildə ölkələr arasında paylamaqdır. Alternativ variant – Asiya və Afrika ölkələrinə qaçqın axınının qarşısını almaq üçün maliyyə yardımı göstərməkdir. Ancaq bu məsələdə də vahid fikrə gəlinməyib. Ölkələr daxili qanunvericiliyi kəskin şəkildə dəyişmək istəmirlər. Belə ki, Fransa bu il respublika prinsiplərinin möhkəmlənməsi barədə qanun qəbul edib. İndi ölkədə yaşayan bütün uşaqların məktəbdə təhsil alması məcburidir. İçində çoxlu sayda müsəlman məktəblərinin də olduğu özəl təhsil müəssisələri dövlət nəzarətinə götürülüb. Bundan başqa, iqtidar dini icmaların xaricdən maliyyələşdirilməsini də izləməyə başlayıb: belə maliyyə yardımı alanlar on min avrodan çox pul transferlərinin hesabatını verməlidirlər.
Danimarka bir az da irəli gedərək bir rayonda yaşayan miqrantların əhalinin 30 faizindən çox olmamasını nəzərdə tutan məhdudiyyət tətbiq edib. Danimarka Krallığında firavan həyat arzusunda olan qaçqınların müvəqqəti məskunlaşdıqları düşərgələr isə Avropanın sərhədlərindən çox-çox uzaqlara, Mərkəzi Afrikaya köçürüldü.
"Autsorsinq" ideyası yeni deyil və öz töhfəsini verə bilər. Bu sahədə Avstraliyanın uğurlu təcrübəsi məşhurdur. 2014-cü ildə bu ölkəyə İndoneziyadan xeyli sayda qaçqın gəlmişdi. Onların sayı ölkə hakimiyyətinin hesab etdiyi kimi kritik həddə çatanda qaçqınları Sakit okean adasına yönləndirdilər. Bundan sonra xoşbəxtliyini "yaşıl qitə"də tapmaq arzusunda olanların sayı azaldı.
Almaniya hələlik Aİ-də miqrantlara qarşı ən qonaqpərvər ölkə hesab oluna bilər. 2015-ci ildə Angela Merkel parlament qərarı və Dublin reqlamentinə rəğmən ölkənin sərhədlərini bütün suriyalıların üzünə açdı. Özü də onların hansı ölkədən Almaniyaya üz tutduqlarına heç bir fərq qoymadan. "The Guardian"ın məlumatına görə, həmin vaxtdan qaçqınların yarısı işlə təmin olunub və vergi ödəməyə başlayıblar.
Bununla belə, Polşa-Belarus sərhədindəki vəziyyət Berlini də narahat edir. Almaniyanın xarici işlər naziri Horst Zeehofer bildirib ki, Polşa ilə sərhəddə yüzlərlə alman polisi var və qurum ora daha çox polis işçisi göndərməyə hazırdır. Millətçilər də həmin istiqamətə üz tutmağa hazırlaşırdılar: əlli nəfər şəxs miqrantların yolunu kəsmək fikrində idi. Ancaq həmin ultrasağ qruplaşmasının üzvləri saxlanıldı.
Avropalıların Polşa-Belarus böhranı ilə bağlı fikri də müxtəlifdir. Bəziləri humanizm dəyərlərinə sadiq qalmağa çağıraraq sosial mediada yazırlar ki, hələ 10-15 il bundan əvvəl polyaklar özləri qastarbayter kimi Qərb ölkələrinə üz tuturdular. II Dünya müharibəsi vaxtı Yaxın Şərqə qaçmış çoxsaylı polyak miqrantlarını da yada salırlar.
Digərləri əcnəbilərdən qorxduqlarını dilə gətirirlər – onlar öz qanunları ilə yaşayır, dil bilmir, çox vaxt yerli əhaliyə qaynayıb-qarışmağa cəhd göstərmirlər. Miqrasiya proqramları isə vergi ödəyicilərinin cibindən maliyyələşir.
Polşanın siyasətini ən fəal şəkildə britaniyalılar dəstəkləyirlər: hərçənd, Birləşmiş Krallıq artıq Aİ-dən çıxsa da, kürdlərin çoxu məhz bu ölkəyə, öz diasporlarının yanına can atır. Durham şəhərinin sakini Rey Stivenson "Facebook"da ingilislərin çoxunun ürəyindən keçənləri dilə gətirib: "Miqrantlar Polşaya qeyri-leqal yolla daxil olmaq istəyirlər. Hakimiyyətin onların qarşısını almağa hüququ çatır. Yaxşı olar ki, Böyük Britaniya da öz vətəndaşlarına əziyyət verməkdənsə, məhz bu cür hərəkət etsin. Miqrantlara yardım edən xeyriyyə təşkilatları onların hər birinə görə pul ödəməli olacaqlar".
Polyaklar da eyni əhvaldadırlar: "Ölkəmiz sadəcə olaraq sərhədlərimizi qorumağa çalışır. Onlar keçə bilməzlər", - deyə "Facebook"da Aqneta adlı Polşa vətəndaşı yazır.
Bununla belə, miqrantların Polşa iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür. Düzdür, söhbət heç də sərhədə toplaşanlar arasında çoxluq təşkil edən kürdlərdən getmir. RT-nin Qdansk Politexnik Universitetinin araşdırmalarına istinadən verdiyi məlumata görə, 2020-ci ildə Polşa əcnəbilərə 400 min iş icazəsi sənədi verib ki, onların da 295 mini ukraynalıların payına düşür. Bu ölkəyə Belarus, Moldova və Orta Asiyadan üz tutanların sayı da çoxdur. Nəzəri olaraq bu mənzərəyə iraqlıları da əlavə etmək mümkündür. Bununla belə, politoloqlar vurğulayırlar: ukraynalılardan və belaruslardan fərqli olaraq Yaxın Şərqdən gələn qonaqlar nadir hallarda Avropa cəmiyyətinə inteqrasiya olunurlar.
"Qırx milyonluq polyaklarla müqayisədə on min qaçqın – iqtisadi və demoqrafik planda kifayət qədər kiçik rəqəmdir. Amma əgər onları sərhəddən içəri buraxsalar, mənfi presedent yaranacaq: ardı-arası kəsilməyən qaçqın axını üçün qapılar açılacaq", – deyə Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq kafedrasının Baş elmi əməkdaşı Vadim Volubyev mülahizə yürüdür. Bununla belə vurğulayır: "Bu, tamamilə fərziyyəyə əsaslanan ssenaridir, Varşavanın fikrini dəyişmək üçün səbəbi yoxdur".
Soyuqdan donanlar da, aclıq çəkənlər də olacaq
"SONAR-2050" analitik bürosunun rəhbəri İvan Lizan sərhədyanı münaqişə ilə bağlı bir çox politoloqların fikrini bölüşür: bütün bunların arxasında istisnasız olaraq Minsk və Varşava arasında gedən mübarizə dayanır.
"Polyaklar haqlı olduqlarına əmindirlər, bu onlar üçün prinsip məsələsidir. Ancaq təəssüf ki, belə oyun qarşıdurmada yalnız stavkanı qaldırmağa xidmət edir. Arada isə günahsız insanlar əziyyət çəkirlər", – deyə o vurğulayır.
Lizan belə hesab edir ki, miqrantlar Belarusdan Baltikyanı ölkələrə üz tutmayacaqlar: yayda cəhd göstərmişdilər, amma bunun perspektivsiz olduğunu anladılar. Ukrayna variantı qalır, amma Kiyev heç kimi öz ərazisinə buraxan deyil. Bu ölkənin daxili işlər naziri Denis Monastırski artıq xəbərdarlıq edib: Ukrayna hüquq-mühafizə orqanlarının reaksiyası dəqiq və sərt olacaq.
Nəticədə qaçqınlar öz ölkələrinin səfirliklərinin vasitəçiliyi ilə geri qayıtmalı olacaqlar. Hərçənd, bu, dərhal baş verməyəcək.
"Onlar orada qaldıqları müddətdə soyuqdan donanlar, ac qalanlar olacaq. Belarusun güc qurumlarının əməkdaşları ilə toqquşmalar da istisna edilmir", – deyə Lizan əlavə edir.
"Minsk və Varşava arasındakı bu münaqişə Moskvaya qətiyyən sərf etmir. Əgər belaruslar, Lukaşenkonun xəbərdarlıq etdiyi kimi, Polşadan qaz və yüklərin tranzitinə əl qoysalar, bu çətin ki, Rusiyanın xoşuna gəlsin. Ümid edirəm ki, bu yalnız sözdə qalacaq, Belarus isə Avropanın autsayderi olmaq fikrində deyil", – deyə ekspert mülahizə yürüdür.
Bu arada, miqrasiya böhranı artıq Rusiya və Aİ arasında avtomobil yükdaşımalarına öz təsirini göstərib. Üçgünlük yubanma barədə məlumat verilib ki, bu da bir həftəyə qədər uzana bilər. Avropadan Mərkəzi Federal Dairəsinə malların 80-90 faizi Belarusdan keçməklə, eləcə də Qazaxıstan və Mərkəzi Asiyada tranzit yolu ilə daxil olur. Cəmi bir yük maşınının birgünlük yubanması isə şirkətlərə 500 avroya başa gəlir.