SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevan Bakının qarşısında acizdir: Ermənistanda müdafiə naziri dəyişikliyinin əsl səbəbi

© SputnikArşak Karapetyan, arxiv şəkli
Arşak Karapetyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Azərbaycan tərəfi Qarabağda və ya sərhəddə yaşanan olaylara sərt, qəti reaksiya verir, mövqe sərgiləyir. Bu Ermənistan tərəfində, xüsusilə ictimaiyyətində ciddi narahatlığa səbəb olur. Nəticədə bu olaylar Paşinyanın və onun komandasının nüfuzuna xələl gətirir.
BAKI, 16 noyabr — Sputnik. Ermənistanda müdafiə naziri Arşak Karapetyanın gözlənilmədən istefaya göndərilməsi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Karapetyanın yerinə hərbi biliyi, təcrübəsi olmayan 35 yaşlı şəxsin - Suren Papikyanın müdafiə naziri postuna gətirilməsi isə Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Artıq Ermənistan KİV-də Suren Papikyanın özünün müdafiə naziri postunda müvəqqəti olacağı və tezliklə onun da istefaya gedəcəyinə dair xəbərlər yayılıb. Belə ki, "Johovurd" nəşri bu gün yaydığı məlumatda Papikyanın Paşinyan tərəfindən nazirliyə xüsusi missiya ilə göndərildiyini yazıb: "Ermənistan hökumətində olan mənbələrimiz bildirirlər ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yalnız bir məqsədlə - nazirlikdə nəyin baş verdiyini anlamaq məqsədilə göndərib. Məsələ bundadır ki, Müdafiə Nazirliyində "çirkli" oyunlar gedir, hərbi məmurlar bu və ya digər işə görə məsuliyyəti digərlərinin üzərinə atır, bir-birləri barədə yuxarı rəhbərliyə "xəbərçilik" edirlər", - deyə nəşr yazır.
"Johovurd" yazır ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca "silkələmək" niyyətindədir: "Nəticədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar daxil olmaqla, bir çoxlarının kəlləsi uçacaq".
Görünən budur ki, Ermənistanın hərbi strukturlarında yaxın gələcəkdə böyük dəyişikliklər olacaq. Sputnik Azərbaycan məsələ ilə bağlı politoloq, "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə və hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.
İlqar Vəlizadə qonşu ölkədə baş verənləri dəyərləndirərkən bildirib ki, Ermənistanda baş tutan inqilabdan 3 il keçməsinə, müharibədən sonra yeni parlament seçkisi aparılmasına rəğmən, bu ölkənin siyasi sistemi hələ də tənzimlənməyib, oturuşmayıb: "Cənubi Qafqaz regionunda baş verən proseslər, dəyişikliklər Ermənistan, bu ölkənin siyasi rəhbərliyinə ciddi şəkildə təsir edir. Artıq neçənci dəfədir ki, qonşu ölkədə müdafiə naziri dəyişilir. Bunu şərtləndirən əsas amil isə Ermənistan siyasi rəhbərliyi ilə hərbi rəhbərlik arasında kəskin fikir ayrılığı, narazılıqların olmasıdır.
Ermənistan baş naziri Nikol Paşinyan və onun siyasi komandası regionda vəziyyəti tənzimlənmiş, proqnozlaşdırıla bilən məcraya gətirmək istəyir. Baş verən proseslər, yaranan potensial risklər Ermənistan hakimiyyətinin imicinə mənfi təsir göstərir. Çünki Azərbaycan tərəfi Qarabağda və ya sərhəddə yaşanan olaylara sərt, qəti reaksiya verir, mövqe sərgiləyir. Bu, Ermənistan tərəfində, xüsusilə ictimaiyyətində ciddi narahatlığa səbəb olur. Nəticədə bu olaylar Paşinyanın və onun komandasının nüfuzuna xələl gətirir".
© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Politoloq İlqar Vəlizadə
Politoloq deyir ki, rəsmi Yerevan Bakının sərgilədiyi mövqe qarşısında acizdir və maksimum şəkildə vəziyyəti gərginləşdirməməyə çalışır.
"Ermənistan hərbi rəhbərliyinin sərgilədiyi mövqe isə revanşist meyillərə söykənir. Ona görə də düşünmürəm ki, Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın öz fəaliyyəti – Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazisi – Qarabağa qanunsuz səfəri - Paşinyanın xoşuna gələ. Bu səfərin nəticəsi nə oldu? Karapetyan Qarabağa səfəri zamanı silahlı şəxslərlə görüşdü, ardınca Şuşa yaxınlığında terror aktı törədildi. Bu isə nəinki Azərbaycan tərəfinin, hətta Rusiya tərəfinin də narahatlığına səbəb oldu. Çünki bu olaylar Rusiya sülhməramlılarının olduğu ərazidə baş verdi və bu da istər-istəməz sülhməramlı missiyanın fəaliyyətinə kölgə salır. Ona görə də Karapetyanın istefası məsələsində rəsmi Moskvanın Yerevana təzyiq etməsi ehtimalını istisna etmirəm".
Son günlərdə Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması məsələsinə toxunan İ.Vəlizadə bunun Karapetyanın əmri əsasında baş verdiyini bildirib: "O, Zəngəzura səfər edib, yerli komandanlara müəyyən təlimatlar vermişdi. Məhz bundan sonra Ermənistan Silahlı Qüvvələri öz mövqelərini möhkəmləndirmək üçün əməliyyata başladı. Əməliyyatın nəticəsində ermənilər nəinki mövqelərini möhkəmləndirdilər, əksinə, olan mövqelərini də əldən verdilər. Bütün bunlar, təbii ki, Paşinyanın da xoşuna gəlmədi və Karapetyanı tutduğu vəzifədən uzaqlaşdırdı".
Karapetyanın yerinə hərbidən uzaq şəxsin, tarix müəllimi – Suren Papikyanın gətirilməsini dəyərləndirən İlqar Vəlizadə qeyd edib ki, Paşinyan bu addımı ilə Müdafiə Nazirliyində idarəetməni tam əlinə almaq istəyir: "Paşinyan Papikyanın əli ilə Müdafiə Nazirliyində sərt kadr dəyişikliklərinə, islahatlara gedəcək və ona tabe olmaq istəməyən generalları işdən azad edəcək. Heç kimə sirr deyil ki, Müdafiə Nazirliyində rəhbərlikdə olan şəxslərin böyük bir qismi sabiq Ermənistan rəhbərliyi ilə bağlılığı olan adamlardır və Paşinyan komandası onların hələ də əlaqədə olmasından çəkinir. Ona görə Paşinyan bu qurumda da öz adamının olmasını istəyir".
Hərbi ekspert Ədalət Verdiyev isə müdafiə naziri Arşak Karapteyanın istefaya göndərilməsi ilə sabiq xarici işlər naziri Ara Ayvazyanın vəzifədən kənarlaşdırılması arasında paralellərə diqqət çəkib: "Xatırlayırsınızsa, müharibədən sonra Qarabağa yalnız bir erməni rəsmisi – sabiq xarici işlər naziri Ara Ayvazyan səfər etmişdi. Bu səfərdən bir müddət sonra Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefaya göndərilməsinə dair qərar verdi. Eyni vəziyyət Ermənistanın müdafiə naziri Arşak Karapetyanla da baş verdi. Paşinyan Qarabağa səfər edən məmurları vəzifədən azad etməklə bu addımları, səfərləri dəstəkləmədiyini, bunun onun göstərişi ilə baş tutmadığını göstərməyə çalışır".
© Photo : Courtesy of Adalyat VerdievHərbi ekspert Ədalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Hərbi ekspert Ədalət Verdiyev
Hərbi təcrübəsi olmayan şəxsin vəzifəyə gətirilməsinə münasibət bildirən Ədalət Verdiyev bunu Ermənistanda müdafiə naziri təyin etməyə adamın qalmaması ilə izah edib:
"Ermənistanın 30-40 generalı var idi ki, onların da hamısı Paşinyanın istefa verməsi üçün ərizə imzalayan şəxslər idi. Onlardan biri vəzifəyə gətirilsə, yenə də Paşinyan tənqid hədəfi olacaq. Yeni müdafiə naziri təyin olunan şəxs – Suren Papikyan isə cəmi üç ay əvvəl Ermənistanda Baş nazirin müavini – infrastruktur naziri təyin edilmişdi. Üç ay bir nazirin öz vəzifəsinə alışması üçün belə, yetərli deyil. Papikyan ona görə müdafiə naziri postuna gətirilib ki, o, Paşinyana loyal, onun göstərişlərinə sorğu-sualsız əməl edən biridir. Hesab edirlər ki, Papikyan vəziyyəti heç olmasa gərginləşdirməyəcək".
Arşak Karapetyanın Qarabağa səfərinin nəticəsini şərh edən Verdiyev deyib ki, ermənilər növbəti dəfə Laçında təxribata əl atıblar: "Əsgərlərimizə qarşı qumbara atıldı, onlar mövqelərini irəli çəkmək istəyərkən, əksinə, mövqelərini itirmələri ilə barışmalı oldular. Növbəti dəfə Ermənistan ordusu, rəhbərliyi öz uğursuzluğu ilə barışmalı oldu. Bu isə onsuz da bərbad durumda olan Ermənistan hərbçilərinin, xalqının mənəvi-psixoloji durumuna daha da zərbə vurdu".
Eləcə də oxuyun:
* Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib - ƏMƏLİYYAT DAVAM EDİR
* Paşinyan generalların kəlləsini uçuracaq – yeni nazir də müvəqqətidir
* Erməni deputat: Vətən əldən gedir, hərəkətə keçməliyik
Xəbər lenti
0