Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin bu il üçün son performansı: BOS-da dörd qol vuruldu

© Sputnik / Murad OrujovAzərbaycan millisinin futbolçuları, arxiv şəkli
Azərbaycan millisinin futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
İtaliyalı mütəxəssis Canni de Byazi üçün sonuncu ola biləcək görüşdə hesabı qonaqlar açıblar.
BAKI, 14 noyabr - Sputnik. Azərbaycan millisi bu il üçün son oyununu keçirib.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Bunadək ardıcıl 4 matçda üç qol buraxmaqla uduzan millimiz Bakı Olimpiya Stadionuna müsbət nəticə ümidi ilə başlayıb.
Lakin italiyalı mütəxəssis Canni de Byazi üçün sonuncu ola biləcək görüşdə hesabı qonaqlar açıblar. Müdafiəçilərin kobud səhvindən yararlanan asiyalılar qarşılaşmada ilk qola imza atıblar.
Millimiz fasiləyədək hesabda tarazlıq yaradıb. Yığmada bombardirlik keyfiyyətləri ilə seçilən Emin Mahmudov penaltini dəqiq yerinə yetirib – 1:1.
İkinci hissədə daha bir qol vuran yarımmüdafiəçi yığmamızı hesabda önə çıxarıb. Lakin üstünlüyünü qoruya bilməyən komandamız yekunda heç-heçə ilə kifayətlənib – 2:2. Bununla da 4 oyunluq məğlubiyyət seriyası başa çatan milli 2021-ci ilə sülhlə yekun vurub.
Yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər - 2:2
Qollar: Emin Mahmudov, 37 (p.), 68 - Almoez Əli, 23, 78
Baş hakim: Donatas Rumşas (Litva)
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 17. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni de Byazi
Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem (k), 12. Karim Budiaf, 13. Musab Xeder, 16. Bualem Xuxi, 19. Almoez Əli, 23. Assim Madibo, 4. Mohammed Al Bayati, 7. Ahmed Alaaeldin
Ehtiyat oyunçular: 1. Saad əl-Şib, 21. Hassan, 2. Xalid Munir, 9. Məhəmməd Muntari, 11. Əkrəm Afif, 8. Ali Assadalla, 10. Yusuf Abdurisag, 14. Homam Elamin, 15. Jassem Abdulsallam, 17. İsmayıl Məhəmməd, 18. Sultan Hussain Al Braik, 20. Naif Al Hadhrami
Baş məşqçi: Feliks Sançes
Bakı Olimpiya Stadionu
Eləcə də oxuyun:
* Biabırçı son fotolarda: Azərbaycan-Lüksemburq oyununda yığmamızın növbəti məğlubiyyəti
* Azərbaycanın titullu güləşçisi futbol turnirinin ən yaxşı oyunçusu seçilib
* Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın püşkü atılıb
Xəbər lenti
0