CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər gözləyirlər, tunel isə bitmək bilmir

© Sputnik / Ilham MustafaTovuzda tunelin təmiri
Tovuzda tunelin təmiri - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Tovuz sakinləri uzun müddətdir əlavə vaxt və vəsait itkisinin bitəcəyi günü gözləyirlər.
BAKI, 13 noyabr — Sputnik. Dəmir yolu Tovuz rayon mərkəzini iki hissəyə bölür. Uzun illərdir tovuzlular şəhərin bir hissəsindən digər hissəsinə keçmək üçün dəmir yolu üzərində körpüdən və yeraltı avtomobil tunelindən istifadə ediblər. Lakin artıq il yarımdır, bu, yalnız körpü üzərindən mümkün olur. Buna səbəb yeraltı avtomobil tunelinin təmirə bağlanmasıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, əvvəlki tunel dar olduğundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən köhnə tunelin yerində müasiri inşa edilməkdədir. Tikinti işləri getdiyindən sürücülər və rayon sakinləri alternativ yollardan istifadə etdiklərini deyirlər. Nəticədə məsafə xeyli uzandığından vaxt və vəsait itkisinə səbəb olur.
© Sputnik / Ilham MustafaTovuzda tunelin təmiri
Tovuzda tunelin təmiri - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Tovuzda tunelin təmiri
Tovuz sakini İlqar Qasımov tunelin uzun müddətdir təmirə bağlanması səbəbindən şəhərin digər tərəfində olan işinə getmək üçün 5 kilometr artıq məsafə qət etməli olduğunu söyləyir:
“Tunelin tikilməsi şəhərimiz üçün çox gözəldir. Lakin işlər çox ləng gedir. Piyada gedəndə dəmir yolunun üzərindən keçməli oluruq. Palçıq, toz-torpaq olur. Maşınla gedəndə bazarın yanından getməli oluruq. O yol da çox yükləndiyindən həmişə sıxlıq olur. Həm də çox uzaq düşür. Bir balaca tez işlənsə, gözəl olar”.
© Sputnik / Ilham MustafaTovuzda tunelin təmiri
Tovuzda tunelin təmiri - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Tovuzda tunelin təmiri
Sürücü Məmməd Ələkbərov yeni tunelin istifadəyə veriləcəyi günü səbrsizliklə gözlədiyini deyir:
“Şəhərin Rövşən Məmmədov küçəsi iki ilə yaxındır bağlıdır. Burada, düzdür, əvvəl tunel olsa da dar idi. İki maşın qarşılaşanda çətinliklə keçirdi. İndi genişləndirirlər, amma bir az tez əmələ gəlsə, yaxşıdır. Məsafə uzanır. Məsələn, buradan avtovağzala getmək üçün həmişə 5 dəqiqə sərf edirdik. İndi azı 20 dəqiqə sükan arxasında olmalıyıq. Artıq benzin yandırırıq. Beş km əlavə rayon mərkəzi ətrafında dövrə vuraraq gəlirik avtovağzala. İstəyərdik, bir az tez tikilsin”.
© Sputnik / Ilham MustafaTovuzda tunelin təmiri
Tovuzda tunelin təmiri - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Tovuzda tunelin təmiri
Bu haqda danışan digər sakinlər də eyni fikirləri söyləyiblər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirir ki, işlər ləng getmir və təyin olunan vaxta, gələn il üçün tunelin təhvil verilməsi planlaşdırılır.
“İşlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Vətəndaşları anlayırıq, amma burada hər şey istəkdən asılı deyil. Müəyyən texnoloji ardıcıllıq gözlənilməklə işlər aparılmalıdır. Təyin olunmuş vaxtda işlərin bitməsi nəzərdə tutulur”, - deyə A.Nəcəfli sakinləri səbrli olmağa çağırıb.
Eləcə də oxuyun:
* Bərdənin on kəndi ilə əlaqə kəsilə bilər
* Bəkməz kəndlilərə problem yaratdı - FOTO
Xəbər lenti
0