Bərdənin on kəndi ilə əlaqə kəsilə bilər
© Sputnik / Emin AlisahibBərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Bərdə rayonunun on kəndinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Əmirli-Xanərəb kənd avtomobil yolu keçilməz vəziyyətdədir.
BAKI, 10 noyabr — Sputnik. Bərdə rayonunun Əmirli-Xanərəb kənd avtomobil yolundan istifadə edən sakinlər mövcud vəziyyətdən narazıdırlar. Onlar bildirirlər ki, on kəndi birləşdirən yolun durumu son günlər lap pisləşib. Problemi həll etməyi isə kimsə öz üzərinə götürmür.
Uzun illərdir yararsız vəziyyətdə olan avtomobil yolu artıq keçilməz hala gəlib. Asfalt örtüyündə çoxlu sayda çuxurlar yaranıb. Sakinlər isə artıq mövcud vəziyyətlə barışa bilmədiklərini söyləyirlər. Sputnik Azərbaycan-ın müsahibi Nazim Ağayev deyir ki, kənd əhalisi dəfələrlə öz vəsaitləri hesabına, az da olsa, yolu təmir etdiriblər. Amma nəticə olmayıb.
“Dəfələrlə öz aramızda 5-10 manatdan pul yığıb bu yolu təmir etdirmişik. Camaat cibinin pulu ilə nə qədər təmir etdirsin? İki dəfə daş, çınqıl töküb çuxurları doldurub yolu təmir etmişik. Amma qış fəslində, yağış yağanda, maşınlar hərəkət etdikcə vəziyyət bir az da acınacaqlı hal alır. Xərc çəkib doldurduğumuz çuxurlar yenidən yaranır. Bu yol bizə çox problem yaradır. Əkdiyimiz məhsulları rayon mərkəzinə çıxarda bilmirik. Rayona gedib-gələ bilmirik. Xəstəmiz olur, həkimə apara bilmirik. Ambulans çağrırıq, gəlib çıxa bilmir", - deyə Ağayev bildirir.
© Sputnik / Emin AlisahibNazim Ağayev kənd sakini
Nazim Ağayev kənd sakini
© Sputnik / Emin Alisahib
N.Ağayev qeyd edir ki, 28 km-lik yolun hazırkı vəziyyəti on kəndin sakinləri üçün əsas problemə çevrilib: "Yəni təsərrüfatlarında əkib-becərdiklərini bazara çıxara bilmirlər. Kəndlinin dolanışığı təsərrüfatladır. Məhsulu sata bilməyəndə gərək kəndli ac qalsın. Bu yol sovet ittifaqının dövründə çəkilib. Onda mən orta məktəbdə oxuyurdum. Haradasa 50 il əvvəl. Bu illər ərzində bir dəfə də olsun bu yolda təmir işləri aparılmayıb. Gərək təmir edilsin, yenidən yol salınsın ki, vəziyyət də dəyişsin”.
© Sputnik / Emin AlisahibBərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
Bərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
© Sputnik / Emin Alisahib
Kənd sakinləri də təsdiq edirlər ki, yol aidiyyəti qurumun yadından çıxıb. Müsahibimiz Səyyaf Əliyev deyir ki, təkcə bir kənddə 2500 nəfər əhali yaşayır.
© Sputnik / Emin AlisahibBərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
Bərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
© Sputnik / Emin Alisahib
“Bizim yaşadığımız Xanərəb kəndi 2500 nəfər əhalisi olan böyük kənddir. Dəfələrlə burada yanğınlar olub. FHN-in əməkdaşları yanğından sonra gəlib çıxıblar. Səbəb yolun bərbad vəziyyətdə olmasıdır. Kömək də gəlməyəndə yanğın faciə ilə nəticələnir, ya ev yanıb kül olur, ya da kimsə orada həyatını itirir. Rayonla əlaqəmiz, demək olar ki, get-gedə kəsilmək üzrədir. Əgər yol yoxdursa, deməli, inkişaf da yoxdur”.
© Sputnik / Emin AlisahibSəyyaf Əliyev kənd sakini
Səyyaf Əliyev kənd sakini
© Sputnik / Emin Alisahib
Artıq sürücülər də bu yoldan qaçaq düşüblər. Onların sözlərinə görə, bu yoldan keçəndə gərək ayda bir dəfə maşını təmir etdirəsən. Zaur Quliyev deyir ki, o səbəbdən də yollarını bu ünvandan salmırlar: “Maşın dağılır, təkər partlayır. Otuz yaşım var, bu otuz ildə bu yolun bir düz-əməlli vaxtını görməmişəm”.
© Sputnik / Emin AlisahibZaur Quliyev kənd sakini
Zaur Quliyev kənd sakini
© Sputnik / Emin Alisahib
Məsələ ilə bağlı suallarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlayırıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, məsələdən artıq xəbərdardırlar. “Bir çox kəndarası yollar kimi, sözügedən yolun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Agentlik tərəfindən həmin yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib. Mərhələli şəkildə bu yolların təmir işləri tərəfimizdən keçirilir. Növbəti investisiya proqramları çərçivəsində həmin yolun təmiri də nəzərdə tutulur. Maliyyə vəsaiti ayrılan kimi bu işlərin həyata keçirilməsi tərəfimizdən təmin olunacaq”.
© Sputnik / Emin AlisahibBərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
Bərdədə 10 kəndi birləşdirən avtomobil yolu keçilməz vəziyyətdədir
© Sputnik / Emin Alisahib