https://sputnik.az/20211024/bekmez-kendlilere-problem-yaratdi---foto-434528224.html
Bəkməz kəndlilərə problem yaratdı - FOTO
Bəkməz kəndlilərə problem yaratdı - FOTO
Sputnik Azərbaycan
BAKI, 24 oktyabr – Sputnik. Zaqatalanın Car kəndi dağlıq ərazidə yerləşir və daxilindən iki çay keçir. Bunlardan biri də Bəkməz çayıdır. Çayın sağ sahilində... 24.10.2021, Sputnik Azərbaycan
2021-10-24T11:27+0400
2021-10-24T11:27+0400
2021-10-24T11:27+0400
kənd
azərbaycan xəbərləri
sel
çay
yol
zaqatala
car kəndi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434522136_361:0:3639:1844_1920x0_80_0_0_27756901726dd72dde7e0a77ece5d095.jpg
BAKI, 24 oktyabr – Sputnik. Zaqatalanın Car kəndi dağlıq ərazidə yerləşir və daxilindən iki çay keçir. Bunlardan biri də Bəkməz çayıdır. Çayın sağ sahilində 1960-cı illərdə tikilmiş bir neçə ev yolsuz qalıb. Buna səbəb iki il əvvəl təmir edilən yolun bu ilin sentyabrında yağan leysan yağışları nəticəsində tamamilə yuyulmasıdır.Sakinlər Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, iki aya yaxındır, qonşuların həyətindən istifadə edirlər. Sakinlərin bu yoldan hər gün istifadə etdiyini nəzərə alsaq, yolun təcili təmirə ehtiyacı var.Kənd sakini Şaban Zərqənəyevin sözlərinə görə, hər dəfə Bəkməz çayına sel gələndə çayın kənarında yerləşən yolda bu mənzərə yaranır.“Əvvəllər yola az ziyan dəyirdi, gəlib düzəldirdilər. Ancaq bu dəfə yol tamamilə uçdu. Heç piyada yolu da qalmadı”, – Ş. Zərqənəyev deyib.1960-cı illərdən burada yaşayan Rəbiyyət Ramazanova isə deyir ki, yolun bu vəziyyətdə olması böyüklərlə yanaşı, məktəblilərə də çətinlik yaradır. Sakinlər bildirdilər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Car kənd Bələdiyyəsinin sədri Abdulla Borayev Sputnik Azərbaycan-a bildirdi ki, problem tezliklə həll ediləcək.“Sel suları nəticəsində yuyulmuş yoldan xəbərimiz var və aidiyyəti üzrə məlumat vermişik. Ən qısa zamanda problem öz həllini tapacaq. Həm maşın yolu, həm də piyadalar üçün yol düzəldilərək sakinlərin istifadəsinə veriləcək”, – deyə A. Borayev qeyd edib.Eləcə də oxuyun:* Nə gəzməyə imkan verir, nə pul qazanmağa - Qəbələlilər yeni "əjdaha"dan şikayətçidirlər* Azərbaycanda turistlərin sevimli məkanı uçmaq təhlükəsi ilə üzləşib - FOTO* Yağma yağış! - Şəki sakinləri niyə bu təbiət hadisəsindən qorxurlar?* Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıb* Bakını "işğal edən" selin günahkarları tapıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434522136_771:0:3230:1844_1920x0_80_0_0_f37a6088e84f64352193755c5237dd45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kənd, sel, çay, yol, zaqatala, car kəndi
kənd, sel, çay, yol, zaqatala, car kəndi
BAKI, 24 oktyabr – Sputnik. Zaqatalanın Car kəndi dağlıq ərazidə yerləşir və daxilindən iki çay keçir. Bunlardan biri də Bəkməz çayıdır. Çayın sağ sahilində 1960-cı illərdə tikilmiş bir neçə ev yolsuz qalıb. Buna səbəb iki il əvvəl təmir edilən yolun bu ilin sentyabrında yağan leysan yağışları nəticəsində tamamilə yuyulmasıdır.
Sakinlər
Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, iki aya yaxındır, qonşuların həyətindən istifadə edirlər. Sakinlərin bu yoldan hər gün istifadə etdiyini nəzərə alsaq, yolun təcili təmirə ehtiyacı var.
Kənd sakini Şaban Zərqənəyevin sözlərinə görə, hər dəfə Bəkməz çayına sel gələndə çayın kənarında yerləşən yolda bu mənzərə yaranır.
“Əvvəllər yola az ziyan dəyirdi, gəlib düzəldirdilər. Ancaq bu dəfə yol tamamilə uçdu. Heç piyada yolu da qalmadı”, – Ş. Zərqənəyev deyib.
1960-cı illərdən burada yaşayan Rəbiyyət Ramazanova isə deyir ki, yolun bu vəziyyətdə olması böyüklərlə yanaşı, məktəblilərə də çətinlik yaradır.
“Evdə qoca valideynlərimiz var. Təcili Tibbi Yardıma zəng eləsək, necə gələcək? Uşaqlar məktəbə gedə bilmirlər. Nə qədər qonşunun həyətindən istifadə edəcəyik?” – R. Ramazanova əlavə edib.
Sakinlər bildirdilər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Car kənd Bələdiyyəsinin sədri Abdulla Borayev Sputnik Azərbaycan-a bildirdi ki, problem tezliklə həll ediləcək.
“Sel suları nəticəsində yuyulmuş yoldan xəbərimiz var və aidiyyəti üzrə məlumat vermişik. Ən qısa zamanda problem öz həllini tapacaq. Həm maşın yolu, həm də piyadalar üçün yol düzəldilərək sakinlərin istifadəsinə veriləcək”, – deyə A. Borayev qeyd edib.
* Nə gəzməyə imkan verir, nə pul qazanmağa -
Qəbələlilər yeni "əjdaha"dan şikayətçidirlər* Azərbaycanda
turistlərin sevimli məkanı uçmaq təhlükəsi ilə üzləşib - FOTO
*
Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıb