Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hərbi alimlər orqanizmdə COVID-19 konsentrasiyasını azaldan qida əlavəsi yaradıblar

© Photo : NIAID-IRFCOVID-19
COVID-19  - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
BAKI, 12 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyinin 27-ci Elmi Mərkəzinin (EM) alimləri xəstədə COVID-19 konsentrasiyasını 16 dəfə azalda bilən unikal "KovBAD" bioloji aktiv qida əlavəsi (BAƏ) yaradıblar. Bu barədə radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov "Qırmızı ulduz" qəzetinə verdiyi müsahibədə bildirib.
"Noyabrın əvvəlində onların COVID-19-la bağlı səmərəliliyinin qiymətləndirilməsindən sonra BAƏ-lərdən biri dövlət qeydiyyatı haqqında şəhadətnamə alıb. Təcrübələrimiz göstərdi ki, artıq ikinci gündə "KovBAD" adlanan bioloji aktiv qida əlavəsinin istifadəsi zamanı burun-boğazda virusun miqdarı iki dəfə, altıncı gündə isə onun konsentrasiyası 16 dəfə azalır. Nəticədə virusun insan orqanizminə təsiri də azalır, xəstəlik daha yüngül davam edir", - deyə Kirillov qeyd edib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin 27-ci Elmi Mərkəzində hazırlanmış BAƏ-lərin əsas inqrediyentləri aroniya ekstraktı, exinasea, fukoidan, Sakit okean kalmarının hidrolizatı və orqanizmin virus əleyhinə müdafiəsini artıran təbii mənşəli digər maddələrdir.
Rusiya elmi müəssisələri pandemiyanın başlanğıcından bəri COVID-ə qarşı mübarizə vasitələri üzərində işləyir. Belə ki, 48-ci Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Mərkəzi Elmi-Tədqiqat İnstitutu Qamaleya Mərkəzi ilə birlikdə "Sputnik V" peyvəndinin hazırlanmasında iştirak ediblər. Bundan əlavə, institutun mütəxəssisləri koronavirusa qarşı saqqız şəklində peyvəndlər də hazırlayırlar.
Eləcə də oxuyun:
* REA: Qara istiotun tərkibindəki maddə COVID-19-u bloklayır
* Həkim “buster” dozanın xüsusiyyətləri barədə: yan təsirləri...
* ÜST-ün bölgə rəhbəri hiddətləndi: Bir il əvvəl nə baş verdiyini unutmağa başlayıblar
* COVİD-19-a qarşı yeni preparat hazırlanıb
* Həkim COVID-19-a müqavimət göstərən məhsulların adlarını açıqlayıb
Xəbər lenti
0