https://sputnik.az/20211109/hekim-covid-19-a-muqavimet-gosteren-mehsullarin-adlarini-aciqlayib-435028819.html
Həkim COVID-19-a müqavimət göstərən məhsulların adlarını açıqlayıb
Həkim COVID-19-a müqavimət göstərən məhsulların adlarını açıqlayıb
Sputnik Azərbaycan
Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası zamanı şimal dənizlərinin balıqları, zeytun yağı, cücərmiş buğda yağı, avokado yağı və arqan ağacının yağı... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T18:45+0400
2021-11-09T18:45+0400
2021-11-09T18:45+0400
virus
səhiyyə
pandemiya
koronavirus
covid-19
epidemiya
https://cdnn1.img.sputnik.az/img/41640/59/416405920_0:54:1921:1134_1920x0_80_0_0_54638a1a8fc62f4b08a5ab274d37ad8f.jpg
BAKI, 9 noyabr — Sputnik. Koronavirus pandemiyası zamanı heyvan əti və təmizlənməmiş bitki yağları qidanın ayrılmaz tərkib hissəsi olmalıdır. Bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin professoru, tibb elmləri doktoru Marqarita Koroleva "Rossiyskaya qazeta"ya verdiyi müsahibəsində bildirib.Həkim qeyd edib ki, onlarla zəngin olan məhsullar iltihaba qarşı qorunmanı təmin edə, xüsusən də heyvan əti və təmizlənməmiş bitki yağları virusun yayılmasına qarşı çıxa bilər. Mütəxəssis qida rasionuna əridilmiş kərə yağını daxil etməyi tövsiyə edir - onu gündə 1,5-2 çay qaşığı qidaya qəbul etmək lazımdır.Koroleva vurğulayıb ki, səhər yeməyində toyuq və ya bildirçin yumurtası A, D və E vitaminlərinin yaxşı mənbəyidir. Həkim həmçinin günün birinci yarısında bir dilim salo, gün ərzində isə qoz-fındıq yeməyi məsləhət görüb.Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası zamanı şimal dənizlərinin balıqları, zeytun yağı, cücərmiş buğda yağı, avokado yağı və arqan ağacının yağı da qidaya əlavə edilməlidir.Bu yaxınlarda nutrisioloq Kseniya Çernaya koronavirusa yoluxanların xəstəlikdən sağalmasına kömək edəcək faydalı məhsullardan danışıb. Mütəxəssisin sözlərinə görə, COVID-19-dan sağalanlar virus xəstəliyindən sonra hüceyrələri bərpa etməyə kömək edən A vitamini və omeqa-3 yağ turşuları olan qidalar yeməlidirlər. Söhbət treska qaraciyəri, yağlı balıq, yumurta, əlavə məhsullar, həmçinin zeytun, kətan toxumu və çətənə yağlarından gedir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41640/59/416405920_0:0:1701:1276_1920x0_80_0_0_19bb6722a94d71ce775ea28f18c28565.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
virus, pandemiya, koronavirus, covid-19, epidemiya
virus, pandemiya, koronavirus, covid-19, epidemiya
Həkim COVID-19-a müqavimət göstərən məhsulların adlarını açıqlayıb
Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası zamanı şimal dənizlərinin balıqları, zeytun yağı, cücərmiş buğda yağı, avokado yağı və arqan ağacının yağı da qidaya əlavə edilməlidir.
BAKI, 9 noyabr — Sputnik. Koronavirus pandemiyası zamanı heyvan əti və təmizlənməmiş bitki yağları qidanın ayrılmaz tərkib hissəsi olmalıdır.
Bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin professoru, tibb elmləri doktoru Marqarita Koroleva "Rossiyskaya qazeta"ya verdiyi müsahibəsində bildirib.
Həkim qeyd edib ki, onlarla zəngin olan məhsullar iltihaba qarşı qorunmanı təmin edə, xüsusən də heyvan əti və təmizlənməmiş bitki yağları virusun yayılmasına qarşı çıxa bilər. Mütəxəssis qida rasionuna əridilmiş kərə yağını daxil etməyi tövsiyə edir - onu gündə 1,5-2 çay qaşığı qidaya qəbul etmək lazımdır.
Koroleva vurğulayıb ki, səhər yeməyində toyuq və ya bildirçin yumurtası A, D və E vitaminlərinin yaxşı mənbəyidir. Həkim həmçinin günün birinci yarısında bir dilim salo, gün ərzində isə qoz-fındıq yeməyi məsləhət görüb.
Mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası zamanı şimal dənizlərinin balıqları, zeytun yağı, cücərmiş buğda yağı, avokado yağı və arqan ağacının yağı da qidaya əlavə edilməlidir.
Bu yaxınlarda nutrisioloq Kseniya Çernaya koronavirusa yoluxanların xəstəlikdən sağalmasına kömək edəcək faydalı məhsullardan danışıb. Mütəxəssisin sözlərinə görə, COVID-19-dan sağalanlar virus xəstəliyindən sonra hüceyrələri bərpa etməyə kömək edən A vitamini və omeqa-3 yağ turşuları olan qidalar yeməlidirlər. Söhbət treska qaraciyəri, yağlı balıq, yumurta, əlavə məhsullar, həmçinin zeytun, kətan toxumu və çətənə yağlarından gedir.