https://sputnik.az/20211110/hekim-buster-dozanin-xususiyyetleri-barede-yan-tesirleri-435050222.html
Həkim “buster” dozanın xüsusiyyətləri barədə: yan təsirləri...
Həkim “buster” dozanın xüsusiyyətləri barədə: yan təsirləri...
Sputnik Azərbaycan
Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T22:36+0400
2021-11-10T22:36+0400
2021-11-10T22:36+0400
pfizer
səhiyyə
vaksin
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
doza
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426588839_0:159:3079:1890_1920x0_80_0_0_e9e070bf5d5249cc2cfacd41295d47a3.jpg
BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə "buster" doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Ölkədə yarım milyon nəfərə yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub. Bu, yaxşı haldır. Çünki koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılması vacibdir. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alaraq, deyə bilərik ki, "buster" dozanın əhəmiyyəti böyükdür. Vaksinasiyanın üçüncü mərhələsində iştirak etməklə vətəndaşların orqanizmində COVID-19 əleyhinə yaranmış anticisimlərin sayı artmağa başlayır. Onu da qeyd edim ki, "buster" dozanın miqdarı digərləri ilə fərqlənmir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Könül Cəfərova mətbuata açıqlamasında deyib.Həkim-mütəxəssis bildirib ki, "buster" dozanın fərqli heç bir yan təsiri yoxdur: "Qüvvətləndirici doza nəticəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilir. Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur. Koronavirusun son vaxtlar yaranmış AY.4.2 növü daha yoluxdurucudur. Koronavirusun yaranan yeni ştammlarının fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq ehtiyatlı davranmaq və vaksinasiyada aktiv iştirak etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hər biri yeni ştammlara qarşı effektivdir. Bütün vətəndaşların "buster" doza ilə peyvəndlənməsi tövsiyə edilir".Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.
https://sputnik.az/20211108/abs-sefirliyi-olkeye-giris-qaydalari-haqqinda-melumati-yenileyib---bu-vaksinler-vacibdir-434996075.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426588839_173:0:2904:2048_1920x0_80_0_0_2e083d0107aff69fe81bcde986111299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pfizer, vaksin, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, doza
pfizer, vaksin, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, doza
Həkim “buster” dozanın xüsusiyyətləri barədə: yan təsirləri...
Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə "buster" doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Ölkədə yarım milyon nəfərə yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub. Bu, yaxşı haldır. Çünki koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılması vacibdir. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alaraq, deyə bilərik ki, "buster" dozanın əhəmiyyəti böyükdür. Vaksinasiyanın üçüncü mərhələsində iştirak etməklə vətəndaşların orqanizmində COVID-19 əleyhinə yaranmış anticisimlərin sayı artmağa başlayır. Onu da qeyd edim ki, "buster" dozanın miqdarı digərləri ilə fərqlənmir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti
Könül Cəfərova mətbuata açıqlamasında deyib.
Həkim-mütəxəssis bildirib ki, "buster" dozanın fərqli heç bir yan təsiri yoxdur: "Qüvvətləndirici doza nəticəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilir. Risk daşıyan vətəndaşların "buster" doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur. Koronavirusun son vaxtlar yaranmış AY.4.2 növü daha yoluxdurucudur. Koronavirusun yaranan yeni ştammlarının fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq ehtiyatlı davranmaq və vaksinasiyada aktiv iştirak etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hər biri yeni ştammlara qarşı effektivdir. Bütün vətəndaşların "buster" doza ilə peyvəndlənməsi tövsiyə edilir".
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.