Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Əfqanistandan miqrant axınından narahatdır

© AFP 2024 / ANGELOS TZORTZINISМигранты тащат свои вещи по дороге возле временного лагеря беженцев в Греции
Мигранты тащат свои вещи по дороге возле временного лагеря беженцев в Греции - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı bu mövzuda təmasları dəstəkləyir.
BAKI, 10 sentyabr — Sputnik. Əfqanıstandan qaçqın axını ilə bağlı risklər Rusiya Federasiyasını və Mərkəzi Asiya ölkələrini narahat edir, ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu mövzuda təmasları dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamentinin direktoru İvan Volınkin RİA Novosti-yə müsahibəsində bildirib.
"Hazırda Əfqanıstandan olan qaçqınlarla bağlı Mərkəzi Asiyadakı tərəfdaşlarla hüquqi rəsmiləşdirilmiş monitorinqi üçün mexanizm yoxdur. Eyni zamanda, xarici işlər nazirlikləri, həmçinin KTMT və ŞƏT təşkilatları ilə müvafiq əlaqələr davam etdirilir. Qaçqınların nəzarətsiz axını məsələsi həm Rusiyanı, həm də Əfqanıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələrini də narahat edir", - deyə Volınkin bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər, avqustun 15-də Kabilə giriblər və ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0