Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya gedən azərbaycanlıların nəzərinə: qanunvericilikdə dəyişikliklər olacaq

© AFP 2024 / PATRIK STOLLARZRusiyada azərbaycanlılar
Rusiyada azərbaycanlılar - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
İcazə verilən müddət ərzində əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə bilərlər.
BAKI, 22 oktyabr — Sputnik. Rusiyadakı əcnəbilərə bir neçə gəliş məqsədi göstərməyə, həmçinin müstəqil olaraq turizm səfərləri etməyə və tibbi xidmət almağa icazə verilə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov tibbi və sağlamlıq turizmi üzrə beynəlxalq konqresdə bildirb.
Onun sözlərinə görə, qurumun hazırladığı yeni qanun layihəsində əcnəbilər icazə verilən müddət ərzində Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə bilərlər.
"Digər gəliş məqsədlərini (məsələn, iş və təhsil) birləşdirmək imkanı mümkündür", - deyən rəis müavini qeyd edib ki, gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək.
Eyni zamanda Adzinov bildirib ki, Rusiyada müalicə almaq üçün xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.
"Yenilik olaraq, müalicə üçün Rusiyaya gələn xarici vətəndaşa və onu müşayiət edən şəxsə adi bir tibbi viza veriləcək", - deyən Adzimov onu da əlavə edib ki, həmin vizanın müddəti bir illik olacaq.
Eləcə də oxuyun:
* Daha 23 ölkə vətəndaşlarının hava nəqliyyatı ilə Azərbaycana giriş-çıxışına icazə verilib
* Öz təcrübəmizdən: əcnəbi Azərbaycanda sığorta üzrə tibbi yardımı necə ala bilər
* Deportasiyanın bir addımlığında: Rusiya qeyri-leqal miqrantlar problemini necə həll edir?
Xəbər lenti
0