SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB iclasında qalmaqal – Əli Əsədov Paşinyanın müavinini susdurdu

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAzərbaycanın Baş naziri Əli Əsədov
Azərbaycanın Baş naziri Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Paşinyanın müavini Mqer Qriqoryan çıxışında Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirib. Əli Əsədov isə faktlarla onu susmağa məcbur edib.
BAKI, 12 noyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib. Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib.

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır

Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu vurğulayan Baş nazir bildirib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb. Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və Birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.
Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldib. O bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid, kultursid və ekosid törədildiyi qeyd edildi.
Diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir. Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulayıb. Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilib. Bununla bağlı bildirilib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün region ölkələrinin maraqlarına cavab verir.
Ə.Əsədov qeyd edib ki, nəqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, Birliyə üzv olan bütün dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Həmçinin hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.

Pandemiya ilə mübarizədə əməkdaşlıq

Baş nazir, həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Diqqətə çatdırılıb ki, peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaqları ilə bağlı seçim imkanı verilib. MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminlik ifadə olunub.

Paşinyanın müavininin əsassız ittihamlarına cavablar

Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları olub, MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan öz çıxışında əsassız olaraq Azərbaycanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9/10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqda ittiham edib. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M.Qriqoryan bildirib ki, Azərbaycan guya güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şişirdərək onu təbliğ edir. Ermənistanın Baş nazirinin müavini, həmçinin Azərbaycanı guya erməni "hərbi əsirləri"ni saxlamaqda ittiham edib.
Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz götürüb və Ermənistan tərəfinin yalan dolu ittihamlarına cavab verib. Ə.Əsədov qeyd edib ki, 44 günlük müharibə artıq başa çatıb və Azərbaycan 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını azad edib. Baş nazir bir daha diqqətə çatdırıb ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadiqdir və bundan sonra da onları yerinə yetirəcəkdir. Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə.Əsədov xatırladıb ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavini, Rusiya hökuməti sədrinin müavini və iclasda iştirak edən Ermənistanın Baş nazirinin müavinin həmsədrliyi ilə işçi qrup çərçivəsində baxılır.
"Bu baxımdan Azərbaycanın guya bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsi ilə bağlı bəyanata gəldikcə, zənnimcə, burada artıq şərhə ehtiyac yoxdur. Çunki bu məsələlərə işçi qrup çərçivəsində baxılır və bu, təkcə Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir".

Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxur

Baş nazir, həmçinin M.Qriqoryanın rəsmi Bakının guya erməni "hərbi əsirləri"ni əsirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verib. Ə.Əsədov bəyan edib ki, Azərbaycan hərbi əsirlərlə bağlı birgə Bəyanatın müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatına istinad edərək bildirib ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Vurğulanıb ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə atılıb və onlar tərk-silah edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Qeyd edilib ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, bu şəxslər hərbi əsir sayıla bilməz. Baş nazir bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib. Həmçinin qeyd olunub ki, cari ilin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını bəyan etmişdir. "Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var", - Ə.Əsədov çıxışını yekunlaşdırıb. İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib. Sonda bir sıra sənədlər imzalanıb.
----------
14:52
Azərbaycan beynəlxalq hüquq və normalar çərçivəsində Ermənistanla sərhədin tezliklə delimitasiya və demarkasiyasının tərəfdarıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün MDB hökumət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasının sülhməramlı səyləri, o cümlədən Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti, şübhəsiz, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir: "Azərbaycan bu mövqedən çıxış edir ki, Ermənistanla münaqişə artıq geridə qalıb".
Mehri - Sputnik Azərbaycan, 1920, 12.11.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir
Əsədov əlavə edib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycan, həm Ermənistanın, həm də regionun bütün ölkələrinin maraqlarına xidmət edəcək.
Baş nazir qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq və normalar çərçivəsində hər iki ölkənin ərazi bütövlüyü nəzərə alınmaqla Ermənistanla sərhədin tezliklə delimitasiya və demarkasiyasının tərəfdarıdır.
Əli Əsədov çıxışı zamanı bildirib ki, Ermənistanla müharibənin bitməsindən keçən bir il ərzində Azərbaycan Qarabağ ərazisində 20 min hektara yaxın ərazini minadan təmizləyib: "2020-ci ilin noyabrından bəri Azərbaycanın 167 vətəndaşı minaya düşüb, ikisi jurnalist olmaqla 30-dan çox şəxs həlak olub".
Eləcə də oxuyun:
* Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi
* Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur
* Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi
Xəbər lenti
0