https://sputnik.az/20211112/ermenistan-resmen-aciqladi-azerbaycana-naxcivana-getmek-ucun-yol-verilir-435117802.html
Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir
Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir
Sputnik Azərbaycan
BAKI, 12 noyabr — Sputnik. Ermənistan və Azərbaycan hər iki ölkənin, o cümlədən Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrup çərçivəsində... 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T12:17+0400
2021-11-12T12:17+0400
2021-11-12T12:17+0400
naxçıvan
azərbaycan xəbərləri
ermənistan
yol
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41387/13/413871310_0:94:1600:994_1920x0_80_0_0_2220b319e9cccc01ce0cdaf8dd1e3b0c.jpg
BAKI, 12 noyabr — Sputnik. Ermənistan və Azərbaycan hər iki ölkənin, o cümlədən Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrup çərçivəsində Azərbaycan tərəfinə Ermənistandan keçməklə Naxçıvana yolun təqdim olunması imkanını nəzərdən keçirir. Sputnik Ermənistan xəbər verir ki, bunu İctimai telekanala müsahibəsində Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib."Əgər Azərbaycan yalnız Naxçıvana yol istəyirsə, Xınzirək (Gorus) – Biçənək (Naxçıvan) yolunu istifadə etmək daha məqsədəuyğundur. Əvəzində Xınzirək – Horadiz yolunu alacağıq. Lakin bu məsələlər müzakirə olunur", - deyə Qriqoryan bildirib.Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.Qeyd edək ki, bundan öncə erməni tərəfi Azərbaycanın noyabrın 11-də Gorus-Qafan yolunda gömrük postları quracağı barədə məlumat verib. Eləcə də oxuyun:* Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi* Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur* Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi
https://sputnik.az/20211110/yene-qaragol-azerbaycan-terefi-muhasireye-alinan-60-ermeni-texribatci-haqda-melumat-yaydi-435055752.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41387/13/413871310_275:0:1600:994_1920x0_80_0_0_8b5a0d99baa74d0250762f51f17e80aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, ermənistan, yol, azərbaycan
naxçıvan, ermənistan, yol, azərbaycan
BAKI, 12 noyabr — Sputnik. Ermənistan və Azərbaycan hər iki ölkənin, o cümlədən Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrup çərçivəsində Azərbaycan tərəfinə Ermənistandan keçməklə Naxçıvana yolun təqdim olunması imkanını nəzərdən keçirir. Sputnik Ermənistan xəbər verir ki, bunu İctimai telekanala müsahibəsində Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib.
"Əgər Azərbaycan yalnız Naxçıvana yol istəyirsə, Xınzirək (Gorus) – Biçənək (Naxçıvan) yolunu istifadə etmək daha məqsədəuyğundur. Əvəzində Xınzirək – Horadiz yolunu alacağıq. Lakin bu məsələlər müzakirə olunur", - deyə Qriqoryan bildirib.
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Qeyd edək ki, bundan öncə erməni tərəfi Azərbaycanın noyabrın 11-də Gorus-Qafan yolunda gömrük postları quracağı barədə məlumat verib.
*
Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi