https://sputnik.az/20211111/resmi-baki-isteyine-catdi--ermenistan-gorus-qafan-yolundan-imtina-etdi-435080914.html
Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi
Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi
Sputnik Azərbaycan
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Azərbaycan öz ərazisində, Eyvazlı - Çayzəmi yolunda gömrük nəzarəti qurmaq istəyir. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T12:20+0400
2021-11-11T12:20+0400
2021-11-11T12:21+0400
qarabağ
gömrük
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
gorus
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928795_0:102:3281:1948_1920x0_80_0_0_08b73ea578615dc771082336eaed154b.jpg
BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə Ermənistan yeni yola keçir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib."Azərbaycan öz ərazisində, Eyvazlı - Çayzəmi yolunda gömrük nəzarəti qurmaq istəyir", - deyə Paşinyan bildirib.Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi öz vətəndaşlarını Qafan–Aqvani–Tatev yoluna yönləndirir.Paşinyan bildirib ki, bu yol demək olar ki, hazırdır: Paşinyanın sözlərinə görə, Yerevandan Qafana getmə vaxtı uzanmayıb.Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü, noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib ki, Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq."Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələr quracaq", - Qriqoryan deyib.Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradılıb.O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi şəkildə yeni yaradılmış gömrük postuna ezam edilir və müvafiq vəzifələrin həyata keçirilməsi təmin edirlər.Həmçinin oxuyun: Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928795_275:0:3006:2048_1920x0_80_0_0_2792fd2896bcc70015342f46cb753150.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, gorus
gömrük, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, gorus
Rəsmi Bakı istəyinə çatdı – Ermənistan Gorus-Qafan yolundan imtina etdi
12:20 11.11.2021 (Yenilənib: 12:21 11.11.2021) Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Azərbaycan öz ərazisində, Eyvazlı - Çayzəmi yolunda gömrük nəzarəti qurmaq istəyir.
BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə Ermənistan yeni yola keçir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
"Azərbaycan öz ərazisində, Eyvazlı - Çayzəmi yolunda gömrük nəzarəti qurmaq istəyir", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi öz vətəndaşlarını Qafan–Aqvani–Tatev yoluna yönləndirir.
Paşinyan bildirib ki, bu yol demək olar ki, hazırdır:
"Mən özüm o yolla getmişəm və deyə bilərəm ki, keyfiyyətli yol qurulub. O, yolu qoşqulu avtomobillər üçün hazırlamaq qalıb. Ötən gecədən etibarən İran maşınları da daxil olmaqla yüzə yaxın maşın Qafana gedib".
Paşinyanın sözlərinə görə, Yerevandan Qafana getmə vaxtı uzanmayıb.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü, noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib ki, Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq.
"Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələr quracaq", - Qriqoryan deyib.
Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.
Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradılıb.
O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi şəkildə yeni yaradılmış gömrük postuna ezam edilir və müvafiq vəzifələrin həyata keçirilməsi təmin edirlər.