https://sputnik.az/20211111/ndiyedek-imzalanan-efv-serencamlari-ne-qeder-adama-samil-olunub--435081130.html
İndiyədək imzalanan əfv sərəncamları nə qədər adama şamil olunub?
İndiyədək imzalanan əfv sərəncamları nə qədər adama şamil olunub?
Sputnik Azərbaycan
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T13:33+0400
2021-11-11T13:33+0400
2021-11-11T13:33+0400
amnistiya
cəmiyyət
prezident ilham əliyev
ədliyyə nazirliyi
mehriban əliyeva
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435081103_0:0:1200:676_1920x0_80_0_0_c0e0626840891f3509536d3777016ed2.jpg
BAKI, 11 noyabr — Sputnik. Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.Sputnik Azərbaycan xəbər verir ki, bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.İdarə rəisi qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib: "Bu da 40412 nəfərə şamil olunub".Sonuncu amnistiya aktıXatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.O qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.Ədliyyə Nazirliyi ötən gün bəyan edib ki, artıq 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435081103_67:0:1134:800_1920x0_80_0_0_f464ea812a5c0a5ad0b2c6e383848cc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
amnistiya, prezident ilham əliyev, ədliyyə nazirliyi, mehriban əliyeva, zəfər günü
amnistiya, prezident ilham əliyev, ədliyyə nazirliyi, mehriban əliyeva, zəfər günü
İndiyədək imzalanan əfv sərəncamları nə qədər adama şamil olunub?
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib.
BAKI, 11 noyabr — Sputnik. Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
İdarə rəisi qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib: "Bu da 40412 nəfərə şamil olunub".
Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.
O qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.
Ədliyyə Nazirliyi ötən gün bəyan edib ki, artıq 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.