Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlər parlamentdə - gələn ilin dövlət büdcəsi müzakirə olunur

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЗдание Национального собрания Азербайджана в Баку.
Здание Национального собрания Азербайджана в Баку. - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan sənədlərə baxılır
BAKI, 10 noyabr — Sputnik. Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri və s. daxildir.
Eləcə də oxuyun:
* Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
* Gələn il dövlət büdcəsindən təhsilə nə qədər vəsait ayrılacaq?
* Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait açıqlanıb
* Gələn il Azərbaycanda pandemiya ilə mübarizəyə 350 milyon manat ayrılacaq
Xəbər lenti
0