https://sputnik.az/20211105/azerbaycanda-minimum-emekhaqqi-qaldirilir-434909154.html
Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
Sputnik Azərbaycan
Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T11:39+0400
2021-11-05T11:39+0400
2021-11-05T12:27+0400
iqtisadiyyat
büdcə
milli məclis
minimum əmək haqqı
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_0:0:2000:1125_1920x0_80_0_0_847d2eca2e49d2d82601383ec411a023.jpg
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda minimum aylıq əməkhaqqı artırılır.Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.Qeyd edək ki, minimum əmək haqqı - qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. Bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta aylıq əmək pensiyasının həcmi 343.17 səviyyəsində proqnozlaşdırılır. 2021-ci ilin yekunlarına görə isə bu göstərici 327.50 manat səviyyəsində proqnozlaşdırılır.Eləcə də oxuyun:* Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?* Azad edilmiş ərazilər üçün işçi axtarılır - Maaşlar qaneedicidirmi?* Deputat: əməkhaqlarında 20-40% artımın olması proqnozlaşdırılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_293:0:2000:1280_1920x0_80_0_0_680ccb65a5c3094a62ddb22f2dc6311a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, milli məclis, minimum əmək haqqı
büdcə, milli məclis, minimum əmək haqqı
Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
11:39 05.11.2021 (Yenilənib: 12:27 05.11.2021) Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda minimum aylıq əməkhaqqı artırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
Qeyd edək ki, minimum əmək haqqı - qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.
Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. Bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta aylıq əmək pensiyasının həcmi 343.17 səviyyəsində proqnozlaşdırılır. 2021-ci ilin yekunlarına görə isə bu göstərici 327.50 manat səviyyəsində proqnozlaşdırılır.