CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il Azərbaycanda pandemiya ilə mübarizəyə 350 milyon manat ayrılacaq

© Sputnik / Murad OrujovDİN əməkdaşları Bakının mərkəzində, arxiv şəkli
DİN əməkdaşları Bakının mərkəzində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 125,7 milyon manatı və ya 62,9 faizi icbari tibbi sığorta xərclərinə, 1,7 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə yönəldiləcək.
BAKI, 6 noyabr — Sputnik. Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 788,6 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə118,6 milyon manat və ya 7,1 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 101,0 milyon manat və ya 6,0 faiz çoxdur.
Sputnik Azərbaycan-ın məlumatına görə, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 6,0 faiz, ÜDM-də xüsusi çəkisi isə 2,1 faiz (2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək. Son 5 ildə (2018-2022-ci illər) səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,9 faiz-bənd, mütləq ifadədə isə 1078,7 milyon manat vəya 2,5 dəfə artıb.
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 125,7 milyon manatı (2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 80,9 milyon manat və ya 7,7 faiz çox) və ya 62,9 faizi icbari tibbi sığorta xərclərinə, 1,7 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 171,1 milyon manatı və ya 9,6 faizi xəstəxanaların saxlanılması xərclərinə, 2,6 milyon manatı və ya 0,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 350,0 milyon manatı (2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 89,0 milyon manat və ya 34,1 faiz çox) və ya xərclərin 19,6 faizi ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin 2022-ci ildə də davam etdirilməsi, o cümlədən vaksinlərin, testlərin (reagentlərin), dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi, həmçinin dövlət, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışaraq mübarizə tədbirlərində iştirak edən işçilərin əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi və modul tiplixəstəxanaların saxlanılmasına, 161,3 milyon manatı vəya xərclərin 9,0 faizi isəsəhiyyəsahəsindədigər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2022-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 40,8 milyon manat vəsait proqnozlaşdırılıb.
Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi, narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habeləbu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısının alınması məqsədilə psixiatriya yardımı, narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 2021-ci ilə nisbətən 5,5 faiz və ya 1,7 milyon manat çox vəsait nəzərdə tutulub.
Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 45,5 milyon manat vəsait nəzərdə tutulub.
Ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2022-ci ilin dövlət büdcəsində 8,1 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.
Növbəti ilin dövlət büdcəsindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhər tibbi bədən tərbiyəsi dispanserlərinin saxlanılması üçün 1,0 milyon manat, "AzərbaycanDəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin xərclərinin bir hissəsinin maliyyə təminatı üçün 9,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.
2022-ci il üçün səhiyyə xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1,7 milyon manat və ya 24,3 faiz çoxdur. 2022-ci ildə səhiyyə sahəsi üzrə dövlət proqramlarının ("Uşaqların icbari dispanserizasiyadan keçirilməsinədair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın maliyyətəminatı üçün 4,7 milyon manat, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası vəonunla mübarizətədbirlərinədair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın maliyyətəminatı üçün 3,7 milyon manat) maliyyələşdirilməsi üçün cəm olaraq 8,4 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 0,4 milyon manat və ya 4,8 faiz çoxdur.
Növbəti ildə məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün 199,3 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 8,8 milyon manat və ya 4,6 faiz çoxdur. Həmin vəsaitin xəstələrəgöstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla təminatının yaxşılaşdırılmasına, xəstəliklərin profilaktikasına və müalicəsinədair əhalinin maarifləndirilməsi tədbirlərinin maliyyətəminatına yönəldilməsi nəzərdə tutulub.
Xəbər lenti
0