https://sputnik.az/20211108/zefer-gunu-ran-xn-den-maraqli-aciqlama-434994856.html
Zəfər Günü İran XİN-dən açıqlama və səfirliyin təbriki
Zəfər Günü İran XİN-dən açıqlama və səfirliyin təbriki
Sputnik Azərbaycan
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan və İran arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının əhəmiyyətindən danışıb. 08.11.2021, Sputnik Azərbaycan
2021-11-08T15:54+0400
2021-11-08T15:54+0400
2021-11-08T15:54+0400
siyasət
açıqlama
iran xin
azərbaycan
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_0:161:3070:1888_1920x0_80_0_0_1999e8e9dce7aed5181c6a2a5888a6df.jpg
BAKI, 8 noyabr — Sputnik. İranın Azərbaycandakı səfirliyi də Zəfər Günü ilə bağlı paylaşım edib. ----------13:35Həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olmuşuq. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, Azərbaycan və İran arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının əhəmiyyətindən danışıb. XİN rəsmisinin sözlərinə görə, hər iki ölkənin rəhbərliyi problemlərin həlli və əlaqələrin gücləndirilməsinə iradə nümayiş etdirir.S.Xətibzadə qeyd edib ki, son 30 il ərzində İran həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olub: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşmışıq və ərazi bütövlüyünü dəstəkləmişik. Buna görə də, işğal olunmuş ərazilərin azad olunması münasibətilə bu ölkəni təbrik etdik və bu gün də bu qələbənin ildönümünü alqışlayırıq. Bu şəraitdə ən önəmli məsələ mətbuatda və ictimaiyyətdə yaranan bəzi anlaşılmazlıqları aradan qaldırmaqdır".Nazirlik rəsmisi vurğulayıb ki, iki ölkənin XİN rəhbərləri və onların müavinləri arasında, eləcə də digər məsul şəxslər arasında nizamlı danışıqlar aparılır: "Ümid edirik ki, bu danışıqlarla iki ölkə arasında anlaşılmazlıqlar aradan qaldırılacaq və əlaqələr daha da inkişaf edəcək".Eləcə də oxuyun:* İranın qəfil yumşalması: Moskva və Ankara Tehrana hansı mesajları göndərib?* Nazir İranla aparılan danışıqların detallarını açıqladı* İctimai rəyi idarə etmək üçün müştərək komitə yaradılacaq - İran XİN* Bayramovla Əmir-Abdullahian arasında telefon danışığı olub
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_339:0:3070:2048_1920x0_80_0_0_b3d5194c2bf07c2aca7e48ec6891fc4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
açıqlama, iran xin, azərbaycan, zəfər günü
açıqlama, iran xin, azərbaycan, zəfər günü
Zəfər Günü İran XİN-dən açıqlama və səfirliyin təbriki
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan və İran arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının əhəmiyyətindən danışıb.
BAKI, 8 noyabr — Sputnik. İranın Azərbaycandakı səfirliyi də Zəfər Günü ilə bağlı paylaşım edib.
"İran Səfirliyi dost, qardaş və qonşu dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir", - səfirliyin paylaşımında deyilir.
Həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olmuşuq.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü
Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, Azərbaycan və İran arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının əhəmiyyətindən danışıb. XİN rəsmisinin sözlərinə görə, hər iki ölkənin rəhbərliyi problemlərin həlli və əlaqələrin gücləndirilməsinə iradə nümayiş etdirir.
S.Xətibzadə qeyd edib ki, son 30 il ərzində İran həmişə Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olub: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşmışıq və ərazi bütövlüyünü dəstəkləmişik. Buna görə də, işğal olunmuş ərazilərin azad olunması münasibətilə bu ölkəni təbrik etdik və bu gün də bu qələbənin ildönümünü alqışlayırıq. Bu şəraitdə ən önəmli məsələ mətbuatda və ictimaiyyətdə yaranan bəzi anlaşılmazlıqları aradan qaldırmaqdır".
Nazirlik rəsmisi vurğulayıb ki, iki ölkənin XİN rəhbərləri və onların müavinləri arasında, eləcə də digər məsul şəxslər arasında nizamlı danışıqlar aparılır: "Ümid edirik ki, bu danışıqlarla iki ölkə arasında anlaşılmazlıqlar aradan qaldırılacaq və əlaqələr daha da inkişaf edəcək".
* İranın qəfil yumşalması: Moskva və Ankara Tehrana hansı mesajları göndərib?