Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın qəfil yumşalması: Moskva və Ankara Tehrana hansı mesajları göndərib?

© AP Photo / Jon GambrellIran
Iran - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Azərbaycan tərəfi həmin məsələni heç vaxt qabartmır, amma bunun tarixi gerçəklik olması da hər kəsə bəllidir.
BAKI, 31 oktyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanla İran arasında açıq müstəvidə gərginlik mərhələsinin başa çatdığını bildirib. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkərək ölkələr arasında mövcud problemlərin tədricən həll olunacağını vurğulayıb.
Qeyd edək ki, İran və Azərbaycan arasında münasibətlər Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu almasından sonra kəskinləşmişdi.
Tərəflər bir-birinin ünvanına sərt bəyanatlar və ittihamlar səsləndirdikdən sonra diplomatik gərginlik artan xətlə davam etdi.
Ancaq bu gərginlik qəfildən yerini dialoq və danışıqlara verdi. XİN rəhbərlərinin telefon danışıqlarından sonra yayılan açıqlamalarda bunu görmək olar.
Sputnik Azərbaycan Azərbaycan-İran münasibətlərindəki qəfil normallaşmanın səbəbləri ilə bağlı politoloq İlkin Hüseynov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.
Zaur Məmmədov bildirib ki, Azərbaycanın prinsipial siyasəti nəticəsində İran mövqeyində yumşalmaya getməyə vadar oldu. Onun sözlərinə görə, rəsmi Bakı uzun müddət İranın davranışlarına səbr nümyiş etdirdi, lakin Azərbaycanın da səbr kasası hüdudsuz deyildi: "Mövqeyimizi sərt şəkildə bəyan etməyimiz İranın geri çəkilməsinə səbəb oldu. İranda yaşayan 40 milyonluq azərbaycanlı faktoru da burada əsas məqamlardan biridir. Türkiyə prezidenti tərəfindən də bu faktora vurğu ediməsi İran tərəfindən gözardı edilə bilməzdi".
Politoloq qeyd edib ki, Tehranda anlayırdılar ki, 44 günlük müharibə dövründə İranın atdığı addımlar orada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub:
"İran bizi buradakı 5-10 nəfərlik tərəfdarı ilə təhdid edirdisə, bununla belə Azərbaycan İranı 40 milyonluq azərbaycanlı etnosu ilə bircə dəfə də olsun təhdid etmədi. Düşünürəm ki, bu faktor İran tərəfindən diqqətə alınıb. Eyni zamanda bu məsələdə Rusiyanın İrana verdiyi mesajlar da nəzərə alınmalıdır. Rusiya tərəfi konkret olaraq bildirdi ki, İranın Araz çayının şimalına daxil olmaqla bağlı fikirlərinə göz yummayacaq. Moskvadan gözlədiyi dəstəyi ala bilməyən Tehran təkləndiyini görərək mövcud vəziyyətlə razılaşmağın daha əlverişli olduğunu baş düşdü".
Politoloq İlyas Hüseynov isə vurğulayır ki, iki ölkə arasında gərginliyin başlamasına İranın davranışları səbəb olub:
"Lakin Azərbaycanın xoşməramı və münasibətlərin normallaşması istiqamətində diplomatik təmasların qurulması nəticə verdi. Azərbaycan həm də öz arqumentləşdirilmiş mövqeyini ortaya qoydu. Azərbaycanın mehriban qonşuluq münasibətlərini davam etdirmək səyləri İran tərəfindən də dəyərləndirildi. Əsas səylər "3+3" formatının işə düşməsini sürətləndirilməsi, bölgədə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlıdır. Bu baxımdan da İran tərəfi də mövqeyində yumşalmalara getdi".
İlyas Hüseynov deyir ki, İranın Ermənistanla olan münasibətləri Azərbaycanla olan əməkdaşlığı pozmağa imkan verməməlidir. Onun fikrincə, Azərbaycanla qarşılıqlı əlaqələrin davam etdirilməsi İran iqtisadiyyatı üçün də dividentlər verə bilər:
"İranın siyasi strateqləri bütün bu aspektləri dərindən analiz etməlidirlər. Bu məsələdə həm də Rusiya və Türkiyədən verilən mesajlar da İranın öz mövqeyinə yenidən baxması ilə nəticələndi. Rusiya tərəfi açıq şəkildə İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdən narahatlığını ifadə etdi. Kreml İrana aqressiv siyasətinə görə yerini göstərdi".
"Cənubi Azərbaycan məsələsi də diqqətdən kənarda qala bilməz. Doğrudur, Azərbaycan tərəfi bu məsələni heç vaxt qabartmır, amma bu məsələnin tarixi gerçəklik olması da hər kəsə bəllidir. Rəcəp Tayyip Ərdoğanın da bu məsələyə diqqət çəkməsi İran tərəfinə də açıq mesaj oldu" – deyə o bildirib.
Xəbər lenti
0