https://sputnik.az/20211104/nazir-ranla-aparilan-danisiqlarin-detallarini-aciqladi-434885781.html
Nazir İranla aparılan danışıqların detallarını açıqladı
Nazir İranla aparılan danışıqların detallarını açıqladı
Sputnik Azərbaycan
Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verib. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T17:20+0400
2021-11-04T17:20+0400
2021-11-04T17:20+0400
iran
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0b/426929290_0:0:2879:1620_1920x0_80_0_0_51fb18343decdab7c9ce0c92a230d16f.jpg
BAKI, 4 noyabr — Sputnik. Azərbaycanın uzun illər ərzində xarici siyasətində əsas prioritetlərdən biri bütün ölkələrlə, o cümlədən qonuş dövlətlərlə yüksək səviyyədə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, bir neçə ay bundan öncə bir sıra məqamlar mövcud olub: "Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq. Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı. Həmin sürücülər isə saxlanılmış, avtomobillər isə müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub. Eyni zamanda, Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək".Həmçinin oxuyun:Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq - XİN başçısıBiz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham ƏliyevYaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0b/426929290_77:0:2806:2047_1920x0_80_0_0_7c6b8dd605252d2c95bd51513392ce66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
iran, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Nazir İranla aparılan danışıqların detallarını açıqladı
Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verib.
BAKI, 4 noyabr — Sputnik. Azərbaycanın uzun illər ərzində xarici siyasətində əsas prioritetlərdən biri bütün ölkələrlə, o cümlədən qonuş dövlətlərlə yüksək səviyyədə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir neçə ay bundan öncə bir sıra məqamlar mövcud olub: "Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq.
Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı. Həmin sürücülər isə saxlanılmış, avtomobillər isə müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi.
Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub. Eyni zamanda, Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək".