CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır

© pixabay / PexelsYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.
BAKI, 8 noyabr — Sputnik. Gələn il hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 50,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi" layihəsində əksini tapıb.
Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi" layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 9,9 mln. manat və ya 24,7%, 2020-ci ilin icra göstəricisindən isə 14,2 mln. manat və ya 39,7% çoxdur.
Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi" layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 mln. manat
(36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.
Eləcə də oxuyun:
* Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
* Gələn il dövlət büdcəsindən təhsilə nə qədər vəsait ayrılacaq?
* Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait açıqlanıb
* Gələn il Azərbaycanda pandemiya ilə mübarizəyə 350 milyon manat ayrılacaq
Xəbər lenti
0