Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Özlərinin qazdığı quyuya düşdülər: Rusiyadan Avropaya qaz bumeranqı

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
BAKI, 8 noyabr — Sputnik. Avropa uzun illər idi ki, Rusiyadan təbii qazla bağlı asılılığını azaltmağa çalışırdı. Bunun ən əsas alətlərindən biri bazarın liberallaşdırılması - müqavilələrin topdansatış qiymətlərə bağlanması idi. Bu, mexanizm pis işləmədi, ancaq kifayət qədər mavi yanacağın olduğu və təbii qazın qiymətinin neftdən daha ucuz olduğu vaxta qədər. İndi isə məlum oldu ki, Qərb yanılıb və bu, ona çox baha başa gəlib.

Bazar islahatları apardılar

"Enerji iynəsindən" imtina etmək üçün iddialı planlara "Cənub axını"nın (Qara dənizin dibi ilə Anapa bölgəsindən Bolqarıstanın Varna limanına qədər uzanması nəzərdə tutulan reallaşdırılmamış beynəlxalq qaz kəməri layihəsi) inşası, alternativ tədarükçülərə bel bağlamaq və mayeləşdirilmuş təbii qaz idxalının genişlənməsi daxil idi.
Qaz bazarının liberallaşdırılması ilk növbədə qiymət mexanizmində dəyişiklik deməkdir. Əvvəllər müqavilələrin əksəriyyəti neft qiymətləri ilə əlaqəli idi. Təxminən 20 il əvvəl Avropa İttifaqı (Aİ) bundan imtina etmək qərarına gəldi. Buna alternativ isə hablardakı (yəni, qaz qovşaqlarındakı) qiymətlərdir. Bu, mahiyyət etibarı ilə hər şeyin tələb və təklifdən asılı olduğu yanacaq mübadiləsidir.
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
İQTİSADİYYAT
Azərbaycan qazının çatdığı ölkələrdə qiymət böhranı yoxdur və heç kim soyuqdan donmayıb
Hollandiyada, Böyük Britaniyada belə hablar yaradıldı. ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükü artırıldı. 2008-ci ilin qlobal maliyyə böhranında xammalın qiyməti kəskin şəkildə aşağı düşdü. Və bu yalnız Aİ-nin idxalı daha bahalı neft əvəzinə topdansatış qaz qiymətləri ilə əlaqələndirmək istəyini gücləndirdi. Beləliklə, "The Wall Street Journal"-a görə, Avropa məmurları və şirkətləri son on ildə "Qazproma uğurla təzyiq göstərə bildilər". 2019-cu ilə qədər Rusiyanın bu nəhəng şirkətinin Aİ ilə müqavilələrinin yarıdan çoxu topdansatış və ya müqavilə qiymətlərinə əsaslanırdı.

Strategiya işləmədi

Avropa sevinirdi: "müxtəlif tədarükçülərin rəqabət apardıqları çoxşaxəli bazar" yarandı. Qazın qiyməti sabit şəkildə neftdən daha ucuz idi. Müstəqil enerji məsləhətçiləri Aİ-nin 70 milyard dollar qənaət etdiyini hesablamışdlar. Ancaq bu il hər şey dəyişdi.
Mavi yanacağın birja qiymətləri üç-dörd yüz faiz bahalaşdı. Uzunmüddətli müqavilələr bir neçə ay gecikməni nəzərə alır, ancaq əlavə qaz həcmlərini praktiki olaraq bazardakı mövcud qiymətlərlə almaq lazım gəlir, çünki müqavilədə nəzərdə tutulan miqdar kifayət etmir.
"Ruslar həmişə bizə deyirdilər: bunu etməyin, bu axmaqlıqdır, neftlə bağlı qiymətlərə əsaslanın! Və onlar haqlı çıxdılar", - deyə "The Wall Street Journal" Oksford Enerji Tədqiqatları İnstitutunun elmi əməkdaşı Conatan Sterndən sitat gətirir.
Təbii qaz yetərincə olduğu vaxt bu strategiya işə yarayırdı, elə ki kəsir yarandı və qiymətlər qalxdı, dərhal iflasa uğradı. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, Aİ 2021-ci ildə əvvəlki qaydalarla olduğundan təxminən 30 milyard dollar çox vəsit ödəməli olacaq.
İndi avropalı nazirlər problemi həll etmək üçün baş sındırırlar, ancaq "The Wall Street Journal"-ın da vurğuladığı kimi, onların edə biləcəyi çox şey yoxdur, çünki Rusiya kömək etmir: Moskva müqavilədə nə qədər nəzərdə tutulubsa, o qədər təbii qaz göndərir.
"Enerji böhranını qızışdıranlar alternativ enerji mənbələrindən istifadənin sürətlənəcəyinə bel bağlayan, Üçüncü Enerji Paketinin qəbulu kimi digər tədbirlərdən başqa, "Qazprom"un OPAL qaz kəmərinə çıxışını məhdudlaşdıran Avropa İttifaqının hakimiyyət orqanları oldu. Nəticədə Rusiyadan təbii qazın ötürülməsi azaldı və "Qazprom" tamamilə haqlı olaraq qaz həcmini artırmağı düşünmür, xammalı auksionlarda satmağa üstünlük verir", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov vurğulayır.
Ancaq strategiya saxlanılır. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin oktyabrın əvvəlində dediyi kimi, tədarükçüləri şaxələndirmək, eləcə də daha təmiz enerjiyə keçidi sürətləndirmək lazımdır: "İndi Avropa qaz idxalından çox asılı vəziyyətdədir və bu bizim təhlükələrə qarşı həssaslığımızı artırır".
Bununla belə, digər mənbələrdən - Mərkəzi Asiyadan tutmuş Avropa dağ süxurlarından alınan şist qazına qədər tədarükün artırılması ilə bağlı ümidlər özünü doğrultmadı. Hollandiyadakı Qroningen yatağının sürətlə tükənməsi səbəbindən Aİ-nin özündə də hasilat aşağı düşdü.
Mayeləşdirilmiş təbii qaz isə boru kəməri ilə ötürülən mavi yanacaqdan hələ də 30 faiz bahadır. Üstəlik, bunun üçün kifayət qədər infrastruktur mövcud deyil və onun qurulması böyük vəsait tələb edir. Nəticədə Aİ-nin istehlak etdiyi təbii qazın 90 faizi idxal hesabına əldə olunur ki, onun da yarısı Rusiyadan göndərilir.

Vəziyyəti necə dəyişməli?

"Bloomberg"-in məlumatına görə, Moskva qaydaları yenidən nəzərdən keçirmək istəyir. Topdansatış qiymətlərlə Avropaya qaz tədarükü daha sərfəli olsa da, Rusiya uzunmüddətli müqavilələrdə maraqlıdır. Bunu Putin də Rusiya Enerji Həftəsi forumunda vurğulayıb.
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
NEFT-QAZ
Rus qazına alternativ axtaran Avropaya Britaniya jurnalından məsləhətlər
"Almaniya qazın min kubmetrini 2000, 1500-dən deyil, 230-250 dollardan alır. Belə baxanda hətta "Qazprom" uduzmuş kimi görünür... Bununla belə, istehsalçı vəziyyətin sabit olmasında maraqlıdır. Çünki bu zaman ən azından neçəyə və nə qədər satacağını bilir və buna uyğun olaraq öz investisiya siyasətini qurur", - deyə prezident vurğulayıb.
"Uzunmüddətli müqavilələr gəliri az olsa belə, bir neçə il ərzində tədarükün sabitliyini və qiymətlərin şəffaflığını təmin edir. Topdansatış ticarətdə qeyri-müəyyən maliyyə nəticələri ilə nisbətən kiçik alışlar fonunda güclü qiymət dalğalanması mümkündür. Buna müvafiq olaraq, uzunmüddətli müqavilə topdansatış müəammasından daha sərfəlidir", - deyə Xazanov qeyd edir.
Mütəxəssislər problemi neftdən asılıqlıqdan imtina etməkdən daha çox, son 10-15 ildə ziddiyyətli iqtisadi siyasət nəticəsində Avropanın enerji sektorunda formalaşan naqisliklərdə görürlər.
"Klassik neftdən asılılıq mexanizmi müəyyən mənada köhnəlib, çünki Avropada təbii qaz, praktiki olaraq, heç bir seqmentdə neft məhsulları ilə rəqabət aparmır. Eyni zamanda, neft bazarı xeyli inkişaf edib və orada uzun müddətdir ki, təbii qazın topdansatış qiymətində son 18 ayda müşahidə etdiyimiz kimi dalğalanma olmayıb. Əvvəlcə qiymətlər 5-6 dəfə düşdü, sonra birdən-birə 20 dəfə qalxdı", - deyə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktorunun müavini Aleksey Qrivaç bildirib.
"Uzunmüddətli müqavilələr uzun investisiya dövrü, bütün mərhələlərdə yüksək kapital xərcləri, mövsüm biznesi və saxlama çətinlikləri kimi sənayenin xüsusiyyətləri baxımından da çox vacibdir. Avropalı islahatçılar məhz buna nail olmağa çalışırdılar, amma spekulyativ sürət yarışı əldə etdilər", - deyə Qrivaç vurğulayıb.
Aİ-də acı təcrübəni nəzərə alaraq, köhnə sistemə qayıtmağa hazır olduqlarını bəyan edə bilərlər. Bununla belə, istisna edilmir ki, "Qazprom"a Avropanın iri şirkətlərinə nə neftlə, nə də topdansatışla əlaqəsi olmayan qiymətlər təklif etməklə razılığa gəlmək daha asan olacaq.
Xəbər lenti
0