Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan qazının çatdığı ölkələrdə qiymət böhranı yoxdur və heç kim soyuqdan donmayıb

© AFP 2024 / HAIDAR MOHAMMED ALIQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
İlham Əliyev bildirib ki, bu ilin on ayında Azərbaycan Cənub Qaz Dəhlizi ilə 14 milyard kubmetrdən çox qaz nəql edib.
BAKI, 4 noyabr — Sputnik. Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi nailiyyət oldu. Çünki bu, Avropa enerji təhlükəsizliyinin mühüm faktorudur, şaxələndirmə alətidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, bu ilin 10 ay ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox çatdırıb. Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.
"Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb. Bu bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir", - deyə Prezident İlham Əliyev qeyd edib.
VIII Qlobal Bakı Forumu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Həmçinin oxuyun:
İlham Əliyev Azərbaycanda ən çox hansı vaksinlərə üstünlük verildiyini açıqladı
İlham Əliyev: Bu müharibə onu göstərdi ki, ədalət tez və ya gec Zəfər çalacaq
Kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi - Prezident
Xəbər lenti
0