Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb

© AR Ministry of DefenceArtilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir
Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
BAKI, 8 noyabr — Sputnik. "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən, birləşmələrlə keçirilən komanda-qərargah təlimi başa çatıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən, praktiki fəaliyyətlərə cəlb edilən bölmələr ərazidə müxtəlif təlim-döyüş tapşırıqlarını icra ediblər.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olunduğu bildirilib, döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qruplarının, təlimə cəlb olunmuş birləşmə komandirlərinin və qərargahların fəaliyyətləri qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.
Eləcə də oxuyun:
* Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-lar 900-ə yaxın hədəfi məhv edib
* “Bayraktar”ın populyarlığını artırması onları niyə narahat edir?
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* Akar: Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətədək davam edəcək
* Vətən müharibəsindən real kadrlar - MN Zəfər Günü ilə bağlı video paylaşıb
Xəbər lenti
0