Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-lar 900-ə yaxın hədəfi məhv edib

© © Turkish Presidential Press Office / Handout via REUTERSBayraktar, arxiv şəkli
Bayraktar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Bildirilir ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.
BAKI, 8 noyabr — Sputnik. "Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "TRTHaber" kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçan aparatlarla (PUA) bağlı yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: "Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını dəyişdirib".
Bildirilib ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.
"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib.
Eləcə də oxuyun:
* “Bayraktar”ın populyarlığını artırması onları niyə narahat edir?
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* Akar: Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətədək davam edəcək
* Vətən müharibəsindən real kadrlar - MN Zəfər Günü ilə bağlı video paylaşıb
Xəbər lenti
0