https://sputnik.az/20211107/olkede-istehsal-olunan-tibbi-maskalarin-qiymeti-aciqlandi-434944614.html
Ölkədə istehsal olunan tibbi maskaların qiyməti açıqlandı
Ölkədə istehsal olunan tibbi maskaların qiyməti açıqlandı
Sputnik Azərbaycan
İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T09:00+0400
2021-11-07T09:00+0400
2021-11-07T09:00+0400
tibbi maska
cəmiyyət
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772661_0:317:3076:2047_1920x0_80_0_0_708fa26644ae2d4c52d255997562a1bd.jpg
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda günlük tibbi maska istehsalı sayı açıqlanıb. “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda günlük 300-350 min ədəd tibbi maska istehsal olunur.Onun sözlərinə görə, aylıq tibbi maska istehsalı həcmi 5 milyon 500 min ədəddir.Fabrik rəhbəri tibbi maskanın satış qiymətini də açıqlayıb:S.Babayeva həmçinin ölkəmizdə istehsal olunan tibbi maskaların ixracı məsələsinə də toxunub:Qeyd edək ki, 2020-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə qapalı məkanlarda maskadan istifadə məcburidir.Həmçinin oxuyun:ÜST Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonuna maska göndərdiFinlandiya ictimai nəqliyyatda maskadan imtina etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772661_301:0:3030:2047_1920x0_80_0_0_4ed63fdc4c127bf1deba3f6d742b5720.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tibbi maska, qiymət
Ölkədə istehsal olunan tibbi maskaların qiyməti açıqlandı
Eksklüziv
İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib.
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda günlük tibbi maska istehsalı sayı açıqlanıb. “
Bakı Tekstil Fabriki” MMC-nin direktoru
Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda günlük 300-350 min ədəd tibbi maska istehsal olunur.
Onun sözlərinə görə, aylıq tibbi maska istehsalı həcmi 5 milyon 500 min ədəddir.
Fabrik rəhbəri tibbi maskanın satış qiymətini də açıqlayıb:
"Bizim istehsla etdiyimiz nano maskalar 20 qəpikdir. Digər maskalar isə 10-12 qəpik arasındadır".
S.Babayeva həmçinin ölkəmizdə istehsal olunan tibbi maskaların ixracı məsələsinə də toxunub:
"Biz istehsal etdiyimiz maskaları xarici bazara çıxardılmasını düşünmürük. Çünki, ölkəmizdə tibbi maskaya kifayət qədər təlabat var".
Qeyd edək ki, 2020-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.
İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə qapalı məkanlarda maskadan istifadə məcburidir.