https://sputnik.az/20211030/ust-azerbaycanin-munaqisenin-tesirine-meruz-qalmis-bes-rayonuna-maska-gonderdi-434734776.html
ÜST Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonuna maska göndərdi
ÜST Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonuna maska göndərdi
Sputnik Azərbaycan
BAKI, 30 oktyabr — Sputnik. COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna... 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T17:48+0400
2021-10-30T17:48+0400
2021-10-30T17:48+0400
tibbi maska
səhiyyə
almaniya
ağdam
tərtər
füzuli
ağcabədi
bərdə
şamaxı
üst
https://cdnn1.img.sputnik.az/img/42368/28/423682808_0:102:2000:1227_1920x0_80_0_0_4496988db66619b6e80a9322936e8238.jpg
BAKI, 30 oktyabr — Sputnik. COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna, hər birinə 10 min olmaqla 50 min tibbi maska isə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi) yerləşən xəstəxanalara təhvil verib.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.Qeyd edək ki, bu tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Sözügedən tədbirlərdə ÜST-ün Ölkə Ofisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak edib və müvafiq qurumlar təhvil-təslim aktını imzalayıblar.Məlumat üçün bildirək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42368/28/423682808_114:0:1887:1330_1920x0_80_0_0_ae6731ace3f009a3584e13dc7de06b7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibbi maska, almaniya, ağdam, tərtər, füzuli, ağcabədi, bərdə, şamaxı, üst
tibbi maska, almaniya, ağdam, tərtər, füzuli, ağcabədi, bərdə, şamaxı, üst
BAKI, 30 oktyabr — Sputnik. COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna, hər birinə 10 min olmaqla 50 min tibbi maska isə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi) yerləşən xəstəxanalara təhvil verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.
Qeyd edək ki, bu tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Sözügedən tədbirlərdə ÜST-ün Ölkə Ofisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak edib və müvafiq qurumlar təhvil-təslim aktını imzalayıblar.
Məlumat üçün bildirək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanıb.