DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya ictimai nəqliyyatda maskadan imtina etdi

© Sputnik / Murad OrujovQadın maskada
Qadın maskada - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Bu ölkədə bundan sonra sərnişinlər ictimai nəqliyyatda maska taxıb-taxmamaq barədə qərarı özləri verəcəklər.
BAKI, 25 oktyabr — Sputnik. Bu gündən Finlandiya dəmir yollarında və paytaxt Helsinkinin ictimai nəqliyyatında maska rejimi ləğv olunur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Finlandiya dəmir yollarının əməliyyatçı şirkəti VR və paytaxtın ictimai nəqliyyatına nəzarət edən HSL şirkətindən bildirilib.
Qeyd edək ki, Finlandiyada maskadan istifadə bu ilin mart ayından qüvvədə idi.

"Məhdudiyyətlərin aradan qaldırılmasından sonra VR oktyabrın 25-dən etibarən bütün şəhərlərarası və şəhərətrafı qatarlarda maska tələbindən tövsiyəyə keçməyə qərar verib", – deyə şirkətin məlumatında bildirilir.

HSL şirkəti də analoji mətnli press-relizlə çıxış edib.
Beləliklə, bu ölkədə bundan sonra sərnişinlər ictimai nəqliyyatda maska taxıb-taxmamaq barədə qərarı özləri verəcəklər.
Qeyd edək ki, finlərin bu barədə fikri yekdil deyil. Sentyabr ayında bu məqsədlə keçirilən sorğunun nəticəsinə əsasən, sərnişinlərin yalnız 43%-i ictimai nəqliyyatda maskadan istifadə etmək istədiyini bildirmişdi. Halbuki avqust ayında bu göstərici 58% təşkil edirdi.
Xəbər lenti
0