https://sputnik.az/20211104/yaxin-gunlerde-azerbaycan-ve-ermenistan-xn-bascilari-goruse-bilerler-434868441.html
Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Sputnik Azərbaycan
Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan Ceyhun Bayramovla Ararat Mirzoyanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirəcəyini... 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T11:45+0400
2021-11-04T11:45+0400
2021-11-04T11:45+0400
xin
siyasət
bmt
atət-in minsk qrupu
ceyhun bayramov
bmt baş assambleyası
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686225_0:0:2000:1125_1920x0_80_0_0_5d3108f5e5f7360d4e6ccc4f32acce73.jpg
BAKI, 4 noyabr — Sputnik. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov yaxın vaxtlarda görüşə bilərlər. Sputnik Armenia xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan bildirib.O, həmsədrlərin vasitəçiliyi ilə yeni bir görüşün keçiriləcəyini istisna etməyib.Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686225_227:0:2000:1330_1920x0_80_0_0_d437636470e2ab17386eabb99ded9a6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, bmt, atət-in minsk qrupu, ceyhun bayramov, bmt baş assambleyası, ararat mirzoyan
xin, bmt, atət-in minsk qrupu, ceyhun bayramov, bmt baş assambleyası, ararat mirzoyan
Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan Ceyhun Bayramovla Ararat Mirzoyanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirəcəyini istisna etməyib.
BAKI, 4 noyabr — Sputnik. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov yaxın vaxtlarda görüşə bilərlər. Sputnik Armenia xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan bildirib.
O, həmsədrlərin vasitəçiliyi ilə yeni bir görüşün keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.
Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.