https://sputnik.az/20211104/serhedlerin-mueyyenlesmesinden-sonra-ermenistanla-munasibetler-normallasacaq---xn-bascisi-434880557.html
Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq - XİN başçısı
Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq - XİN başçısı
Sputnik Azərbaycan
Ceyhun Bayramov deyib ki, Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlər açıb. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T15:00+0400
2021-11-04T15:00+0400
2021-11-04T15:54+0400
siyasət
ermənistan
ceyhun bayramov
covid-19
xarici işlər naziri ceyhun bayramov
viii qlobal bakı forumu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_0:0:2930:1648_1920x0_80_0_0_3464db9f5a55e5f0a7361403ec58581d.jpg
BAKI, 4 noyabr — Sputnik. Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində "Post-COVID-19 dövründə qlobal çağırışlar" mövzusunda keçirilən panel müzakirələri zamanı deyib."Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlər açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq", - deyə nazir vurğulayıb.VIII Qlobal Bakı ForumuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.Həmçinin oxuyun:Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham ƏliyevYaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196212_104:0:2835:2048_1920x0_80_0_0_54657443ec24fd69474c765e121792fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ceyhun bayramov, covid-19, xarici işlər naziri ceyhun bayramov, viii qlobal bakı forumu
ermənistan, ceyhun bayramov, covid-19, xarici işlər naziri ceyhun bayramov, viii qlobal bakı forumu
Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq - XİN başçısı
15:00 04.11.2021 (Yenilənib: 15:54 04.11.2021) Ceyhun Bayramov deyib ki, Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlər açıb.
BAKI, 4 noyabr — Sputnik. Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində "Post-COVID-19 dövründə qlobal çağırışlar" mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
"Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlər açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq", - deyə nazir vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.