https://sputnik.az/20211104/latviya-prezidenti-azerbaycanin-seylerini-yuksek-deyerlendirdi-434876743.html
Latviya prezidenti Azərbaycanın səylərini yüksək dəyərləndirdi
Latviya prezidenti Azərbaycanın səylərini yüksək dəyərləndirdi
Sputnik Azərbaycan
E.Levits qeyd edib ki, qloballaşmanın miqyası, nəsillər arasındakı fərqlər, rəqəmsallaşmanın vədləri və hüdudları, hökumətə və elmə ümidsizlik bu günün nisbi... 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T14:21+0400
2021-11-04T14:21+0400
2021-11-04T14:33+0400
latviya
siyasət
viii qlobal bakı forumu
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/04/434876704_0:0:3071:1728_1920x0_80_0_0_f18e84d561ba48e89e45398b60324641.jpg
BAKI, 4 noyabr — Sputnik. COVID-19-dan sonrakı dünyanı səmimiyyətlə arzulayırıq. Çünki yenidən sərbəst səfərlər edə bilərik və məsafə saxlamağa ehtiyac qalmaz. Hazırkı vəziyyət dəqiq nizam-intizamı, qlobal həmrəyliyi, elmi düşüncələrdə kəşfləri, etibarlı, yoxlanılmış informasiya mənbəyi kimi peşəkar tibbi əməkdaşların olmasını tələb edir.Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Latviya Respublikasının Prezidenti Eqils Levits VIII Qlobal Bakı Forumundakı çıxışında söyləyib.E.Levits qeyd edib ki, pandemiya dünyada görünən dəyişikliklərə səbəb olub. Qloballaşmanın miqyası, nəsillər arasındakı fərqlər, rəqəmsallaşmanın vədləri və hüdudları, hökumətə və elmə ümidsizlik bu günün nisbi görüntüləridir. Pandemiya, həmçinin dünya dövlətlərinin müqavimət gücünü sınağa çəkdi.Koronavirusla mübarizədə səylərin birləşdirilməsi məqsədilə 2020-ci ilin dekabrında Azərbaycanın BMT Baş Assambleyasında xüsusi sessiya keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü alqışlayan Prezident deyib ki, bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə edilməsində çox gözəl nümunə oldu.Latviya prezidenti, həmçinin ötən il ölkəsinin COVID-19 şəraitində yalan məlumata qarşı mübarizə ilə bağlı BMT daxilində irəli sürdüyü regionlararası bəyanata verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.VIII Qlobal Bakı ForumuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.Həmçinin oxuyun:İlham Əliyev Azərbaycanda ən çox hansı vaksinlərə üstünlük verildiyini açıqladıİlham Əliyev: Bu müharibə onu göstərdi ki, ədalət tez və ya gec Zəfər çalacaqKağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi - PrezidentBiz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham Əliyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/04/434876704_212:0:2943:2048_1920x0_80_0_0_f23eb17dd3e072e7e75e7f0bf4e33d5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
latviya, viii qlobal bakı forumu, covid-19
latviya, viii qlobal bakı forumu, covid-19
Latviya prezidenti Azərbaycanın səylərini yüksək dəyərləndirdi
14:21 04.11.2021 (Yenilənib: 14:33 04.11.2021) E.Levits qeyd edib ki, qloballaşmanın miqyası, nəsillər arasındakı fərqlər, rəqəmsallaşmanın vədləri və hüdudları, hökumətə və elmə ümidsizlik bu günün nisbi görüntüləridir.
BAKI, 4 noyabr — Sputnik. COVID-19-dan sonrakı dünyanı səmimiyyətlə arzulayırıq. Çünki yenidən sərbəst səfərlər edə bilərik və məsafə saxlamağa ehtiyac qalmaz. Hazırkı vəziyyət dəqiq nizam-intizamı, qlobal həmrəyliyi, elmi düşüncələrdə kəşfləri, etibarlı, yoxlanılmış informasiya mənbəyi kimi peşəkar tibbi əməkdaşların olmasını tələb edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Latviya Respublikasının Prezidenti Eqils Levits VIII Qlobal Bakı Forumundakı çıxışında söyləyib.
E.Levits qeyd edib ki, pandemiya dünyada görünən dəyişikliklərə səbəb olub. Qloballaşmanın miqyası, nəsillər arasındakı fərqlər, rəqəmsallaşmanın vədləri və hüdudları, hökumətə və elmə ümidsizlik bu günün nisbi görüntüləridir. Pandemiya, həmçinin dünya dövlətlərinin müqavimət gücünü sınağa çəkdi.
Koronavirusla mübarizədə səylərin birləşdirilməsi məqsədilə 2020-ci ilin dekabrında Azərbaycanın BMT Baş Assambleyasında xüsusi sessiya keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü alqışlayan Prezident deyib ki, bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə edilməsində çox gözəl nümunə oldu.
Latviya prezidenti, həmçinin ötən il ölkəsinin COVID-19 şəraitində yalan məlumata qarşı mübarizə ilə bağlı BMT daxilində irəli sürdüyü regionlararası bəyanata verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.