https://sputnik.az/20211104/kagiz-uzerinde-qalan-bmt-qetnamelerini-azerbaycan-ozu-heyata-kecirdi---prezident-434867265.html
Kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi - Prezident
Kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi - Prezident
Sputnik Azərbaycan
Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T11:30+0400
2021-11-04T11:30+0400
2021-11-04T11:30+0400
bmt
siyasət
prezident ilham əliyev
vaksin
bmt tş
vi qlobal bakı forumu
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/04/434866479_0:320:3072:2048_1920x0_80_0_0_f1fe82d20be9092bd915406d5b938a19.jpg
BAKI, 4 noyabr — Sputnik. Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.Prezident deyib: "Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı".VIII Qlobal Bakı ForumuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.Həmçinin oxuyun:İlham Əliyev Azərbaycanda ən çox hansı vaksinlərə üstünlük verildiyini açıqladıİlham Əliyev: Bu müharibə onu göstərdi ki, ədalət tez və ya gec Zəfər çalacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/04/434866479_783:512:2831:2048_1920x0_80_0_0_b6445de80b61c4f2bb44aa893850cd22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, prezident ilham əliyev, vaksin, bmt tş, vi qlobal bakı forumu, covid-19
bmt, prezident ilham əliyev, vaksin, bmt tş, vi qlobal bakı forumu, covid-19
Kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi - Prezident
Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi.
BAKI, 4 noyabr — Sputnik. Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.
Prezident deyib: "Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi.
Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi.
Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.