SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Azərbaycanda ən çox hansı vaksinlərə üstünlük verildiyini açıqladı

© AP Photo / Lynne SladkyPfizer vaksini, arxiv şəkli
Pfizer vaksini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.
BAKI, 4 noyabr — Sputnik. Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
"Biz əsasən "SinoVac" və "Pfizer" vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür", - dövlət başçısı bildirib.
Prezidenti həmçinin bildirib ki, qısa bir dövr ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nadir və aparıcı təsisatlardan birinə çevrilə bildi: "Qlobal Bakı Forumu gündəlikdə olan təxirəsalınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq"
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.
Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi", "Qida və qida təhlükəsizliyinin təşviqi", "Gənclər danışır, biz dinləyirik", "Şərq tərəfdaşlığı və onun imkanları" mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Xəbər lenti
0