ELM

Hava ilə gün işığından yanacaq - yeddi saata otuz iki litr

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidGünəş şüaları, arxiv şəkli
Günəş şüaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Karbon qazı ən güclü istilik qazlarından biridir, hazırda antropogen karbon tullantılarının təxminən 8%-i aviasiya və gəmilərin payına düşür.
BAKI, 4 noyabr - Sputnik. Alimlər adi hava və Günəş işığından yanacaq almaq üçün təcrübə qurğusu düzəldiblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Sürixdəki İsveçrə Ali Texniki Məktəbin saytında məlumat yerləşdirilib.
Tədqiqatçılar bu kəşflərini vacib addım sayırlar, çünki son nəticədə aviasiya karbohidrogen tullantılarından canını qurtaracaq, ancaq buna qədər çox böyük bir yol keçilməlidir ki, bu tip yanacağı sənaye miqyasında istehsal etmək mümkün olsun.
Karbon qazı ən güclü istilik qazlarından biridir, hazırda antropogen karbon tullantılarının təxminən 8%-i aviasiya və gəmilərin payına düşür.
Sistem Sürixdəki İsveçrə Ali Texniki Məktəbinin əməkdaşı Aldo Ştaynfeldin rəhbərliyi ilə hazırlanıb. Qurğu Günəşdən enerji, havadan isə karbon qazı ilə suyu alır. Su ilə qazın qarışığı reaktora daxil olur, Günəş şüalarının təsiri ilə bunlar orada karbon monoksidlə hidrogenə çevrilir. Sonra bu qazların qarışığından maye karbohidrogenlər alınır: qurğuda benzin, kerosin, metanol və digər yanacaq tipləri almaq mümkündür.
Laboratoriyanın damında yerləşdirilmiş təcrübə qurğusu yeddi saat Günəş şüaları altında qaldığı müddətdə 32 litr metanol istehsal edib. Hesablamalara görə, dünyanın bu qurğunun köməyi ilə aviasiya yanacağına olan tələbatını ödəmək üçün 45 min kvadrat kilometr sahəyə malik fabrik gərəkdir.
Eləcə də oxuyun:
* İlon Mask bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazırdır
* Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
* Azərbaycanlı alim Qlobal Enerji Mükafatına layiq görülüb
* İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər
Xəbər lenti
0