https://sputnik.az/20211027/azerbaycanli-alim-qlobal-enerji-mukafatina-layiq-gorulub-434626232.html
Azərbaycanlı alim Qlobal Enerji Mükafatına layiq görülüb
Azərbaycanlı alim Qlobal Enerji Mükafatına layiq görülüb
Sputnik Azərbaycan
Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T14:04+0400
2021-10-27T14:04+0400
2021-10-27T14:04+0400
enerji
elm
mükafat
biotexnoloji
https://cdnn1.img.sputnik.az/img/42428/55/424285589_0:316:3079:2047_1920x0_80_0_0_51a0c0cf6a5b8faa256cf052783b52cc.jpg
BAKI, 27 oktyabr — Sputnik. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri professor Süleyman Allahverdiyev alternativ enerjinin inkişafındakı müstəsna xidmətlərinə, xüsusən də süni fotosintez sistemi üçün dizayn, bioenerji və hidrogen enerjisi üzrə elmi əsərlərinə görə "Qeyri-ənənəvi enerji" üzrə Qlobal Enerji Mükafatının 2021-ci il laureatlarından biri kimi təltif edilib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu mükafat bütün bəşəriyyətin mənafeyinə uyğun olaraq, Yer kürəsində enerji mənbələrinin daha çox səmərəliliyini və ekoloji təhlükəsizliyini təşviq edən enerji sahəsində mühüm elmi tədqiqatlara və elmi-texniki layihələrə görə verilir. Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq əməkdaşlığın, dövlət və özəl investisiyaların əhəmiyyətini diqqətə çatdırır.IREG Akademik Sıralama və Mükəmməllik Rəsədxanasının məlumatına əsasən, Qlobal Enerji Mükafatı ən nüfuzlu və əhəmiyyətli beynəlxalq mükafatlar arasında "Top 99"da yer alır. 2003-cü ildən indiyə kimi 15 ölkəni (Avstraliya, Avstriya, Kanada, Danimarka, Fransa, Yunanıstan, İslandiya, İtaliya, Yaponiya, Rusiya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və ABŞ) təmsil edən 45 tədqiqatçı Qlobal Enerji Mükafatı laureatı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42428/55/424285589_105:0:2834:2047_1920x0_80_0_0_94d6acbaabc370e338da16e1143a7db0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji, mükafat, biotexnoloji
enerji, mükafat, biotexnoloji
Azərbaycanlı alim Qlobal Enerji Mükafatına layiq görülüb
Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq əməkdaşlığın, dövlət və özəl investisiyaların əhəmiyyətini diqqətə çatdırır.
BAKI, 27 oktyabr — Sputnik. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri professor Süleyman Allahverdiyev alternativ enerjinin inkişafındakı müstəsna xidmətlərinə, xüsusən də süni fotosintez sistemi üçün dizayn, bioenerji və hidrogen enerjisi üzrə elmi əsərlərinə görə "Qeyri-ənənəvi enerji" üzrə Qlobal Enerji Mükafatının 2021-ci il laureatlarından biri kimi təltif edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu mükafat bütün bəşəriyyətin mənafeyinə uyğun olaraq, Yer kürəsində enerji mənbələrinin daha çox səmərəliliyini və ekoloji təhlükəsizliyini təşviq edən enerji sahəsində mühüm elmi tədqiqatlara və elmi-texniki layihələrə görə verilir. Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq əməkdaşlığın, dövlət və özəl investisiyaların əhəmiyyətini diqqətə çatdırır.
IREG Akademik Sıralama və Mükəmməllik Rəsədxanasının məlumatına əsasən, Qlobal Enerji Mükafatı ən nüfuzlu və əhəmiyyətli beynəlxalq mükafatlar arasında "Top 99"da yer alır. 2003-cü ildən indiyə kimi 15 ölkəni (Avstraliya, Avstriya, Kanada, Danimarka, Fransa, Yunanıstan, İslandiya, İtaliya, Yaponiya, Rusiya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və ABŞ) təmsil edən 45 tədqiqatçı Qlobal Enerji Mükafatı laureatı olub.