https://sputnik.az/20211103/baki-kendlerinde-qiz-usaqlari-tehsilden-yayindirilir---komite-heyecan-tebili-caldi-434788555.html
Son illər şagirdlər arasında təhsildən yayınma halları azalıb
Son illər şagirdlər arasında təhsildən yayınma halları azalıb
Sputnik Azərbaycan
Şagird altı aydan çox dərs prosesində iştirak etmədikdə tədbir görülməlidir. Şagirdin dərsə davamiyyəti aşağı olduqda məktəb ərazi üzrə polis idarəsinə və... 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T09:30+0400
2021-11-03T09:30+0400
2021-11-03T12:32+0400
hicab
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
baş prokurorluq
kamran əliyev
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893373_0:0:2001:1125_1920x0_80_0_0_feca7c8884a5c65c8b294ea0ca98997f.jpg
BAKI, 3 noyabr — Sputnik. İmişli rayonunda cinsi təcavüzə məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı baş verənlər qızların təhsilə cəlb olunması məsələsini də gündəmə gətirib. İctimaiyyətdə haqlı olaraq şagirdin hamilə olmasından məktəbin xəbərsiz olması qınaq obyektinə çevrilib. Məktəb rəhbərliyi pandemiya səbəbindən şagirdlərin son bir ildə distant təhsilə keçdiyini əsas gətirsə də, bu məsələ qızların təhsildən yayınması problemini aktuallaşdırıb.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər şagirdlər arasında təhsildən yayınma halları azalıb. T.Mərdanoğlu deyir ki, hazırda xüsusilə qızların təhsildən yayınmasına bəzi bölgələrdə rast gəlinir. Qurum sözçüsü bildirir ki, təhsildən yayınma hallarının qarşısını almaq üçün Komitə maarifləndirmə tədbirlərini davam etdirir.Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda uşaqlar arasında təhsildən yayınma ilə bağlı vəziyyət pis həddə deyil. Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Haqqında qanuna görə 9-cu sinfə qədər təhsil icbaridir: K.Əsədov baş verən hadisədən məktəbin məlumatsız qalmasının da təəssüfedici olduğunu söyləyir: "Burada birmənalı olaraq məktəb direktoru və sinif rəhbərinin məsuliyyətsizliyi var. "Təhsil haqqında" qanuna görə şagirdlərin bir sinifdən digər sinfə keçmə qaydaları var. Şagird altı aydan çox dərs prosesində iştirak etmədikdə tədbir görülməlidir. Şagirdin dərsə davamiyyəti aşağı olduqda məktəb ərazi üzrə polis idarəsinə və aidiyyəti qurumlara bununla bağlı məlumat verməlidir. Düzdür, pandemiya səbəbindən 1 il 6 aydır ki, dərslər məsafədən təşkil olunur. Amma şagirdlərin onlayn dərsə davamiyyəti də yoxlanılmalıdır. Valideynlər iltizam yazıb uşağı məktəbə qoymaya bilər. Amma bu şagird uzun müddət onlayn dərslərdə də iştirak etmirmiş. Bu direktor, direktor müavini və sinif rəhbərinin öz vəzifəsini düzgün yerinə yetirmədiyini göstərir. Ona görə də şagirdlərin davamiyyəti izlənilməlidir".Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, İmişlidə şagirdin dərsdən yayınması faktı olub: "Mən deyəndə ki, məktəb bundan niyə xəbərsiz olub, o zaman pandemiya səbəbindən məktəblərdə dərslərin onlayn olduğunu əsas gətirirlər. Amma hər bir məktəb öz şagirdi ilə maraqlanmalıdır. Şagird onlayn olsa da müəllimlə ünsiyyətdə olmalıdır. Mən demirəm ki, bu təcavüz faktının qarşısını alardı. Aran zonasında 4-5-ci sinifdən yuxarı qızların təhsildən yayınma halları var. Uşaqlar ev təsərrüfatında işləyir. Regionlarda təhsildən yayınmağa nəzarəti gücləndirmək lazımdır. Bu gün təhsildən yayınmanı cinslərə bölmək olmaz. Biz ümumi şagirdlərin dərsdən yayınmasının qarşısını almağı tələb edirik. Məktəblərdə psixoloqların fəaliyyəti də yoxlanılmalıdır".Qeyd edək ki, İmişlidə 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir. Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə şübhəli şəxs müəyyən edilərək saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.Həmçinin oxuyun:"Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir"Azərbaycanda 11 yaşlı ananın dünyaya gətirdiyi körpə ölübZorlanan uşağın reabilitasiyasına başlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893373_0:0:1773:1330_1920x0_80_0_0_fd8628259d9ebcb0bbd9f54964fd8680.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hicab, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, baş prokurorluq, kamran əliyev, kamran əsədov
hicab, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, baş prokurorluq, kamran əliyev, kamran əsədov
Son illər şagirdlər arasında təhsildən yayınma halları azalıb
09:30 03.11.2021 (Yenilənib: 12:32 03.11.2021) Şagird altı aydan çox dərs prosesində iştirak etmədikdə tədbir görülməlidir. Şagirdin dərsə davamiyyəti aşağı olduqda məktəb ərazi üzrə polis idarəsinə və aidiyyəti qurumlara bununla bağlı məlumat verməlidir.
BAKI, 3 noyabr — Sputnik. İmişli rayonunda cinsi təcavüzə məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı baş verənlər qızların təhsilə cəlb olunması məsələsini də gündəmə gətirib. İctimaiyyətdə haqlı olaraq şagirdin hamilə olmasından məktəbin xəbərsiz olması qınaq obyektinə çevrilib. Məktəb rəhbərliyi pandemiya səbəbindən şagirdlərin son bir ildə distant təhsilə keçdiyini əsas gətirsə də, bu məsələ qızların təhsildən yayınması problemini aktuallaşdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər şagirdlər arasında təhsildən yayınma halları azalıb. T.Mərdanoğlu deyir ki, hazırda xüsusilə qızların təhsildən yayınmasına bəzi bölgələrdə rast gəlinir. Qurum sözçüsü bildirir ki, təhsildən yayınma hallarının qarşısını almaq üçün Komitə maarifləndirmə tədbirlərini davam etdirir.
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda uşaqlar arasında təhsildən yayınma ilə bağlı vəziyyət pis həddə deyil. Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Haqqında qanuna görə 9-cu sinfə qədər təhsil icbaridir:
"Çox təəssüf ki, bəzi bölgələrdə təhsildən yayınma var. Amma ümumilikdə ölkə üzrə təhsilə cəlbolunma səviyyəsi qanedicidir. Sadəcə olaraq bəzi bölgələrdə təsərrüfatda işə cəlb olunma səbəbindən davamiyyət aşağıdır".
K.Əsədov baş verən hadisədən məktəbin məlumatsız qalmasının da təəssüfedici olduğunu söyləyir: "Burada birmənalı olaraq məktəb direktoru və sinif rəhbərinin məsuliyyətsizliyi var. "Təhsil haqqında" qanuna görə şagirdlərin bir sinifdən digər sinfə keçmə qaydaları var. Şagird altı aydan çox dərs prosesində iştirak etmədikdə tədbir görülməlidir. Şagirdin dərsə davamiyyəti aşağı olduqda məktəb ərazi üzrə polis idarəsinə və aidiyyəti qurumlara bununla bağlı məlumat verməlidir.
Düzdür, pandemiya səbəbindən 1 il 6 aydır ki, dərslər məsafədən təşkil olunur. Amma şagirdlərin onlayn dərsə davamiyyəti də yoxlanılmalıdır. Valideynlər iltizam yazıb uşağı məktəbə qoymaya bilər. Amma bu şagird uzun müddət onlayn dərslərdə də iştirak etmirmiş. Bu direktor, direktor müavini və sinif rəhbərinin öz vəzifəsini düzgün yerinə yetirmədiyini göstərir. Ona görə də şagirdlərin davamiyyəti izlənilməlidir".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, İmişlidə şagirdin dərsdən yayınması faktı olub: "Mən deyəndə ki, məktəb bundan niyə xəbərsiz olub, o zaman pandemiya səbəbindən məktəblərdə dərslərin onlayn olduğunu əsas gətirirlər. Amma hər bir məktəb öz şagirdi ilə maraqlanmalıdır. Şagird onlayn olsa da müəllimlə ünsiyyətdə olmalıdır.
Mən demirəm ki, bu təcavüz faktının qarşısını alardı. Aran zonasında 4-5-ci sinifdən yuxarı qızların təhsildən yayınma halları var. Uşaqlar ev təsərrüfatında işləyir. Regionlarda təhsildən yayınmağa nəzarəti gücləndirmək lazımdır. Bu gün təhsildən yayınmanı cinslərə bölmək olmaz. Biz ümumi şagirdlərin dərsdən yayınmasının qarşısını almağı tələb edirik. Məktəblərdə psixoloqların fəaliyyəti də yoxlanılmalıdır".
Qeyd edək ki, İmişlidə 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir. Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.