CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zorlanan uşağın reabilitasiyasına başlanıb

© Sputnik / Tabyildyi KadyirbekovQız, arxiv şəkli
Qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib.
BAKI, 2 noyabr — Sputnik. İmişlidə təcavüzə məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qız dövlət sığınacağına yerləşdirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov yayıb.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb.
Uşağın maraqlarını qorumaq məqsədilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb. 11 yaşlı qız Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
"Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində olacaq. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb".
Qeyd edək ki, İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N.-in (ad şərtidir) atalığı, 1978-ci il təvəllüdlü S.C. (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Eləcə də oxuyun:
* İmişlidə 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
* Dövlət Komitəsi: On bir yaşında ana olmuş qızın qardaşı da psixoloji təzyiqə məruz qalıb
* Nigar Camalın 11 yaşlı ana ilə bağlı paylaşımı - "Atalığa ömürlük cəza verilsin"
* Zorlanan uşaqla bağlı dövlət komitəsi açıqlama yaydı: ikisi də nəzarətə götürülüb
Xəbər lenti
0